"Emosional boşluq insanları "mistik həllərə" yönəldir" - AÇIQLAMA
Son dövrlərdə sosial şəbəkələrdə "rituala qoşul, iş tap", "bu enerjiyə daxil ol, ailə qur", "niyyət et, həyatın dəyişsin" kimi vədlərlə paylaşılan məzmunların sayı artıb. Xüsusilə şəxsi həyatında çıxış yolu axtaran, işsizlik, münasibət problemi və ya gələcəklə bağlı narahatlıq yaşayan insanların bu cür paylaşımlara daha çox maraq göstərdiyi müşahidə olunur. Psixoloji baxımdan bu marağı necə izah etmək olar? İnsanlar niyə belə vədlərə inanmağa meyllənir? Bu, daha çox ümidsizlik, çıxılmazlıq, emosional boşluq, yoxsa nəzarət hissini bərpa etmək istəyi ilə bağlıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, əvvəllər ruzi duası, ərə getmək duası, iş tapmaq duaları yazdırmaq üçün mollaların qapılarında sübh tezdən növbə yaranardı:
" Bu 40 ildə insanların düşüncə səviyyəsi dəyişibmi? Xeyr. "Vergi verilən" geydirmə mollaların bəziləri bu gün sertifikatlı şəxslərlə əvəz olunub. Bu sahə ilə məşğul olan insanları tək bir adla ifadə etmək də çətindir, çünki onların fərqli yanaşmaları və rolları var. Nə molla, nə ruhani, nə kouç, nə psixoloq, nə də Tibetdə təcrübə keçmiş layman, Sadhguru kimi "guru" deyillər. Bəs, insanlar nə üçün belə şəxslərə müraciət edir? Hansı səbəblər onları buna vadar edir?
Çıxılmazlıq hissi, emosional boşluq və mənəvi ehtiyac, təsdiq axtarışı - insanlar inanmaq istədikləri şeyləri təsdiqləyən nümunələr görmək istəyirlər. Mistik düşüncələrə meyl də ola bilər. İnsan təbiətcə görünməyən güclərə inanmağa meyllidir. Bu, min illər boyu formalaşmış bir xüsusiyyətdir. Taleyə, enerjilərə, gizli qanunlara inanmaq və bunları təbliğ etmək əslində dərin bilik tələb edir. Amma sosial şəbəkələr bu mövzuları, heç də dərin biliyə sahib olmayan insanlar tərəfindən sadələşdirərək kommersiyalaşdırıb".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
SOCAR neftçiləri təbrik edib
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı