Azərbaycan ali təhsildə tarixi uğura imza ATDI
Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb.
Milli.Az xəbər verir ki, 2026-cı ilin "QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.
Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub.
Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar.
Qeyd edək ki, Azərbaycan müvafiq reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir.
Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.
Dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsinin və 21000-dən çox təhsil proqramının qiymətləndirildiyi bu reytinq 5 geniş sahəni və 55 fənni əhatə edir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1583 Tarix: 25 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrAzərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrMədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabr