Sayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab - VİDEO
Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar iddia edirlər ki, karta yüklədikləri məbləğlə sayğacda görünən vəsait arasında uyğunsuzluq yaranır.
Oxu.Az ATV-yə istinadla xəbər verir ki, şikayətçilərin sözlərinə görə, əvvəlcədən ödənişli (smart) sayğac istifadə etmələrinə baxmayaraq, hər dəfə balans artırılarkən müəyyən məbləğ tutulur:
"10 manat yükləyirik, 2-3 manat dərhal silinir. Qaynar xəttə müraciət edəndə borc olduğunu deyirlər. Amma biz anlamırıq ki, əvvəlcədən ödənişli sistemdə borc necə yarana bilər?"
Bəzi abonentlər isə işıq sönərkən götürdükləri kreditin ödənişindən sonra da əlavə tutulmaların davam etdiyini bildirirlər.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, tutulmaların əsas səbəbi 2026-cı ilin yanvarından etibarən tətbiq edilən sabit tariflərlə bağlıdır. Qurumun məlumatına görə, proqram təminatındakı təkmilləşdirmələr səbəbindən yanvar ayının sabit tarif ödənişi fevral hesabatı ilə üst-üstə düşüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 651 Tarix: 29 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
19 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabr