Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib
Bir heçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə martın 30-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib.
Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub.
Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri şiddətli yağıların fəsadlarının tam şəkildə aradan qaldırılması, bayram istirahətindən sonra yeni iş həftəsini təmiz şəhərlə qarşılamağımıza və Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini vermişdir.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcəkdir.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 679 Tarix: 30 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrVətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabrZeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrPensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər
20 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabr