"Diplomatik müstəvidə də Aprel döyüşləri yeni dinamikanın formalaşmasına səbəb oldu" - DEPUTAT
"2016-cı ilin aprelində baş verən və hərb tariximizə "Aprel döyüşləri" kimi həkk olunan hadisələr əslində yalnız lokal hərbi toqquşma deyil, regionun hərbi-siyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişən strateji xarakterli bir proses idi. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi sürətli və effektiv əks-həmlə uzun illər ərzində formalaşmış status-kvonu sarsıdaraq yeni reallıqların əsasını qoydu".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.
O, açıqlamasında qeyd edib ki, bu proseslər fonunda Prezident Ilham Aliyevin qətiyyətli və prinsipial mövqeyi xüsusilə vurğulanmalıdır:
"Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını daim dövlət siyasətinin əsas prioriteti kimi müəyyən etmiş və bu istiqamətdə ardıcıl, məqsədyönlü fəaliyyət həyata keçirmişdir. Aprel döyüşləri zamanı nümayiş etdirilən siyasi iradə bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüquqa sadiqliyini qorumaqla yanaşı, zərurət yarandıqda öz suveren hüquqlarını bütün vasitələrlə təmin etmək əzmindədir.
Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən kompleks ordu quruculuğu siyasəti məhz bu dövrdə öz real nəticələrini nümayiş etdirdi. Silahlı qüvvələrin modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi, peşəkar kadr potensialının gücləndirilməsi və müasir döyüş strategiyalarının mənimsənilməsi Azərbaycanın hərbi imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Bu isə sonrakı dövrdə hərbi üstünlüyün təmin olunması üçün möhkəm və dayanıqlı zəmin formalaşdırdı.
Aprel döyüşləri zamanı bir sıra strateji yüksəkliklər və mühüm mövqelər üzərində nəzarətin bərpası xüsusilə diqqətəlayiqdir. Bu uğurlar yalnız ərazi baxımından deyil, həm də taktiki və operativ üstünlük baxımından ciddi dönüş nöqtəsi yaratdı.
Hadisələrin ən mühüm nəticələrindən biri psixoloji müstəvidə özünü göstərdi. Uzun illər formalaşdırılmış "keçilməz müdafiə xətti" barədə təsəvvürlər real döyüş şəraitində öz təsdiqini tapmadı. Azərbaycan Ordusu sübut etdi ki, dəqiq planlaşdırma, effektiv kəşfiyyat və yüksək səviyyəli koordinasiya qısa müddət ərzində belə ciddi hərbi nəticələr əldə etməyə imkan verir. Bu isə həm ölkə daxilində ictimai inamı möhkəmləndirdi, həm də beynəlxalq ictimaiyyətə aydın və konkret mesaj verdi.
Diplomatik müstəvidə də Aprel döyüşləri yeni dinamikanın formalaşmasına səbəb oldu. Uzun müddət "dondurulmuş münaqişə" kimi təqdim olunan vəziyyətin əslində olduqca həssas olduğu və istənilən an aktiv fazaya keçə biləcəyi aydın şəkildə üzə çıxdı. Bu hadisələr 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinə aparan yolun mühüm mərhələsi kimi çıxış edərək həm hərbi hazırlıq, həm də mənəvi-psixoloji baxımdan ciddi dönüş yaratdı. Yekun olaraq, Aprel döyüşləri Azərbaycanın hərbi gücünün nümayişi olmaqla yanaşı, sonrakı böyük qələbələrin də müjdəçisi kimi dövlətçilik tariximizdə müstəsna yer tutur".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər