Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.
İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlətimizin başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.
Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.
Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 137 Tarix: 02 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi (FOTO)
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub. Qaynarinfo-nun məlumatına görə, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayə
1 aprelAzərbaycanda ASC-lərdən biri ləğv edilir
"Azərbaycan alüminiumu" ASC ləğv ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib. Bununla bağlı Maliyy
1 aprelİlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
Prezident İlham Əliyev Yunanıstan Prezidenti Konstantinos Tasoulasaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram
25 mart