II Yelizavetanın stilisti kraliça haqqında heç kimin bilmədiyi bir şeyi AÇIQLADI

II Yelizavetanın stilisti kraliça haqqında heç kimin bilmədiyi bir şeyi AÇIQLADIKraliça II Yelizaveta 2026-cı ilin aprelində 100 yaşını qeyd edəcəkdi.

Britaniya tacını 70 il daşıyan kraliça II Yelizavetanın ölümündən təxminən dörd il sonra, onun ən yaxın şəxsi köməkçisi və stilisti Ancela Kelli növbəti müsahibəsini verib.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, o, kraliçanın yanındakı gündəlik həyatından, hətta onun son günlərinə qədər olan yeni hekayələrini paylaşıb.

Kelli, təxminən 30 il ərzində kraliçanın ən çox etibar etdiyi şəxs olub. O, kraliçanın rəğbətini ilk dəfə 1992-ci ildə Almaniyada, o vaxtkı Britaniya səfiri Kristofer Mallabinin evində təsərrüfatçı işləyərkən qazanıb. Məhz kraliça II Yelizaveta onu Bukinqem sarayında qarderob köməkçisi vəzifəsində işləməyə dəvət edib. Kelli 1994-cü ildə kraliçanın yanında işə başlayıb və qısa müddətdə onun ən sadiq məsləhətçilərindən birinə çevrilib.

"Hər ikimiz bilirdik ki, aramızda etibar, sadiqlik və qarşılıqlı anlayış var. Kraliça mənim ən yaxın dostum idi və mən hər gün onun üçün darıxıram", - Kelli xatırlayır.

Kelli II Yelizavetanın qarderobunun seçilməsinə cavabdeh olub.

"Bir dəfə ona dedim: "Əlahəzrət, sizin çox gözəl ayaqlarınız var. Gəlin onları göstərək!" Gözlənildiyi kimi, geyiminin ətəyi qısaldıldı", - Kelli kraliçaya verdiyi ilk məsləhətlərdən birini xatırlayır.

Britaniyalı dizayner Stüart Parvin isə qeyd edir: "Ancela kraliçaya özünəinam verdi və o, Ancelanın yanında özünü daha rahat hiss edirdi. Bu, çox xüsusi bir münasibət idi. Ancela ilk gündən kraliçanın necə görünməli olduğunu daxili hissiyatı ilə anlayırdı və kraliça ona tam etibar edirdi".

Şahzadə Uilyam və Harrinin nənəsi Ancela Kelliyə o qədər inanıb ki, sarayda onun üçün qapalı qapı olmayıb. Kellinin hətta kraliçanın yataq otağına girişi də olub.

"Hər səhər kraliça Radio 2-də Terri Voqanın proqramına qulaq asırdı. "Dancing Queen" mahnısı başlayanda o çox xoşbəxt olurdu və biz birlikdə rəqs edirdik. Əlahəzrət oxumağı sevirdi və gözəl səsi var idi. Mənim isə səsim yoxdur. Mən sadəcə gecə klubundakı kimi rəqs edirdim, kraliça isə oxuya bilmədiyim üçün məndən kənara çəkilməyimi istəyirdi və biz gülüşürdük. Kraliçanı belə rahat görmək unudulmaz anlar idi", - Kelli xatırlayır.

2012-ci ildə kraliça Ancela Kellini Birləşmiş Krallığın ali mükafatı olan "Kral Viktoriya Ordeni" ilə təltif edib.

Ancela Kelli II Yelizaveta ilə otuz il yaşayıb. Pasxa bayramında Vindzor qəsrində Balmoralda onun qonağı olub. 2020-ci ildə COVID-19 pandemiyasının karantini zamanı isə Vindzorda kraliçanın yanında qalaraq ona yoldaşlıq edib və saçlarını burub.

Kelli kraliçanın şəxsi həyatı haqqında deyir: "O, nənə olmağı çox sevirdi. Əlahəzrət nəticələrini at sürməyə və ya gəzintiyə aparırdı. Əyləncəli tədbirlər təşkil edirdi. Hətta baş naziri qəbul edəndə belə, qabları həmişə özü yuyurdu".

Ancela Kelli son ana qədər kraliçaya qulluq etməyə və onu geyindirməyə cavabdeh olub. Hətta kraliçanın ölümündən sonra, Balmoraldan Londona aparılan tabutun bəzədilməsi ilə də o məşğul olub. Son vida mərasimindən sonra Kral Sarayı onu işdən azad edib. Kral Çarlz isə Kelliyə köçməsi üçün bir ev hədiyyə edib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 633   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr