Yadplanetlilər bənövşəyi rəngədidirlər? - Yeni ARAŞDIRMA

Yadplanetlilər bənövşəyi rəngədidirlər? - Yeni ARAŞDIRMAYer xaricində həyatın axtarışı alimləri onun necə görünə biləcəyi ilə bağlı ənənəvi fikirləri yenidən nəzərdən keçirməyə vadar edir. Yeni araşdırmalar göstərir ki, yadplanetli orqanizmlər Yer bitkiləri kimi mütləq yaşıl olmayacaq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər Yer xaricində həyat formalarının bənövşəyi rəngdə ola biləcəyini müəyyən ediblər.

Yer üzündə bitkilərin yaşıl rəngi xlorofil adlı piqmentlə bağlıdır. Bu maddə qırmızı və mavi işığı udur, yaşıl işığı isə əks etdirir. Bu proses sayəsində fotosintez baş verir - bitkilər işıq, su və karbon istifadə edərək enerji əldə edir.

Lakin digər planetlərdə şərait tam fərqli ola bilər. Xüsusilə qırmızı cırtdan ulduzların ətrafında fırlanan ekzoplanetlərdə işığın spektri fərqlidir. Buna görə də orqanizmlər alternativ fotosintez mexanizmlərindən istifadə edə bilər.

Tədqiqatçılar müəyyən ediblər ki, belə şəraitdə infraqırmızı şüalanmadan istifadə edən mikroorqanizmlər üstünlük təşkil edə bilər. Söhbət anoksigen fototrof və fotoheterotrof bakteriyalardan gedir. Bu bakteriyalar Yer üzündə də mövcuddur və müəyyən mühitlərdə inkişaf edir.

Onların xüsusiyyətlərini araşdırmaq üçün alimlər müxtəlif mühitlərdən - hidrotermal mənbələrdən tutmuş su hövzələrinə qədər - təxminən 20 növ bənövşəyi bakteriya nümunəsi toplayıblar. Təhlil göstərib ki, bu orqanizmlər teleskoplarla aşkar edilə bilən xüsusi "işıq izi" yaradır.

Məhz bu cür spektral siqnallar alimlər tərəfindən yadplanetli həyatın əsas göstəricilərindən biri kimi təklif olunur.

Ekzoplanetlərin - həm rütubətli, həm də quru - modelləşdirilməsi göstərir ki, müəyyən şəraitdə onların səthi məhz bənövşəyi rəngdə ola bilər. Bu xüsusilə oksigen səviyyəsi aşağı olan və ya daha soyuq ulduzlardan işıq alan planetlərə aiddir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 708   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr