Kartınızı bankomata qoymazdan əvvəl bunu edin
Son dövrlərdə ATM-lərdə fərq edilmədən qurulan gizli tələlər vətəndaşların kart və şifrə məlumatlarını sürətlə kopyalayaraq böyük itkilərə yol açır. Mütəxəssislər kartınızı daxil etməzdən əvvəl edilməsi lazım olan çox sadə, lakin həyati bir nəzarət üsuluna diqqət çəkirlər.
Milli.Az xəbər verir ki, təhlükəsizlik kamerası və vəzifəli şəxs olmayan kimsəsiz nöqtələrdəki ATM-lər fırıldaqçıların ən çox üstünlük verdiyi hədəfə çevrilib.
Fırıldaqçılar kart giriş yuvasına kənardan demək olar ki, heç fərq edilməyən saxta aparatlar (skimmerlər) quraşdırırlar. Bu qurğular kartın maqnit lentini və çip məlumatlarını olduğu kimi kopyalaya bilir. Proses saniyələr içində baş verdiyi üçün istifadəçilər adətən heç nə hiss etmirlər.
Bir çox bank artıq ATM əməliyyatlarında QR kod sistemini işə salıb. Fiziki kartdan istifadə etmədən əməliyyat aparmağa imkan verən bu üsul kartın kopyalanma riskini böyük ölçüdə aradan qaldırır. Həm sürətli, həm də kifayət qədər təhlükəsiz olan QR kod fırıldaqçılığa qarşı effektiv bir alternativ kimi ön plana çıxır.
Mütəxəssislər kartınızı ATM-ə taxmazdan dərhal əvvəl "LƏĞV ET" (CANCEL) düyməsinə basmağı tövsiyə edirlər. Bu sadə hərəkət bankomatın saxta bir sistemlə dəyişdirilib-dəyişdirilmədiyini anlamağın ən praktik yollarından biridir. ATM-ə quraşdırılan bəzi aparatlar bu düyməyə basıldıqda kilidlənir və ya qeyri-adi reaksiya verir. Beləliklə, tələnin varlığı asanlıqla anlaşıla bilir.
ATM-dən istifadə edərkən diqqət edilməli məqamlar:
Giriş hissəsini yoxlayın: Kart giriş bölməsində boşluq, oynama və ya qeyri-adi bir hissə fərq etsəniz, qətiyyən istifadə etməyin.
Düymə testi: Kartı taxmadan əvvəl "Ləğv et" düyməsinə basıb cihazın reaksiyasını müşahidə edin.
Ətrafınıza baxın: Ətrafınızda şübhəli şəxslər varsa, əməliyyatı təxirə salın və daha təhlükəsiz bir ATM seçin.
QR koddan istifadə edin: Mümkün qədər QR kod vasitəsilə əməliyyat aparmağa üstünlük verin.
Dərhal məlumat verin: Hər hansı qeyri-adi vəziyyətlə qarşılaşsanız, dərhal bankınıza zəng edin və vəziyyəti bildirin.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 603 Tarix: 05 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabr