Ata və anasından sonra nənəsinin də imtina etdiyi 13 yaşlı qızın taleyi necə olacaq? - YENİLƏNİB
Nənəsi tərəfindən Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına təhvil verilən 2013-cü il təvəllüdlü F.Səfərova hazırda tibbi müayinədən keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O qeyd edib ki, məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir və vəziyyət diqqətlə araşdırılır.
"Hazırda yeniyetmə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilir. Onun sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi təmin olunacaq. Əsas məqsəd uşağın təhlükəsizliyinin, sağlam inkişafının və sosial rifahının qorunmasıdır. Müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və proses nəzarətdə saxlanılır", - o deyib.
04 aprel, 23:00
Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.
Sonxeber.az "Report"a istinadla xəbər verir ki, 2013-cü il təvəllüdlü F.Səfərovanı xəstəxanaya nənəsi gətirib.
O, nəvəsinin uşaq evinə verilməsini istəyir.
Qeyd edək ki, F.Səfərovadan öncə atası, bir müddət sonra isə anası imtina edib. O, körpəliyindən nənəsinin himayəsi altında yaşayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 703 Tarix: 05 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabr