15 avtomobil eyni anda yanıb kül oldu: Tək bir şübhə var!

15 avtomobil eyni anda yanıb kül oldu: Tək bir şübhə var!İstanbulun Beşiktaş rayonunda yerləşən maşın qaleryasında baş verən yanğın 15 avtomobilə sıçrayaraq böyük maddi ziyana səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 04:30 radələrində Balmumcu məhəlləsində, Barbaros Bulvarı üzərində yerləşən 4 mərtəbəli binanın girişində fəaliyyət göstərən avtomobil qalereyasında qeydə alınıb. Məlumata görə, əvvəlcə park halında olan avtomobillərdən birində yanğın başlayıb. Qısa müddətdə alov yaxınlıqda olan digər 14 avtomobilə də keçərək genişlənib.

Hadisə yerinə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Polis ərazidə təhlükəsizlik tədbirləri görərək yolu nəqliyyat üçün bağlayıb, yanğınsöndürənlər isə alovun qarşısını almağa çalışıblar.

Təxminən bir saat davam edən müdaxilədən sonra yanğın nəzarət altına alınıb, daha sonra isə tam söndürülüb. Hadisə nəticəsində 15 avtomobil ciddi zərər görüb, həmçinin binanın fasadında da qismən yanıq izləri qeydə alınıb.

Əraziyə cəlb olunan hadisə yeri araşdırma qrupları yanğının baş vermə səbəbini müəyyənləşdirmək üçün iş aparır. İlkin ehtimallara görə, yanğının qəsdən törədildiyi istisna edilmir.

Rəsmi qurumlar faktla bağlı araşdırmaların davam etdiyini bildirir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1479   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gənc qız intiharını canlı yayımladı: Anasının yalvarışlarına baxmayaraq həyatını itirdi

Rusiyada gənc qız sosial şəbəkədə canlı yayım açaraq intihar edəcəyini açıqlayıb. Hadisə zamanı yayına qoşulan anasının göz yaşları və qızını fikrindən daşındırmaq cəhdləri nəticəsiz qalıb. Gənc qız canlı yayım davam edərkən özünü yüksəklikdən aşağı ataraq həyatını itirib. xarici mediaya istinadla xəbə

8 sentyabr
.

Marketdəki uşaq yeməklərinə gizlicə zəhər yerləşdirdi, 5 körpə xəstəxanalıq oldu - VİDEO

İsrailin Qüds şəhərində körpələr üçün nəzərdə tutulan meyvə pürelərinə sakitləşdirici və anestezik təsirə malik maddələr yeritdiyi iddia olunan şəxs saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, İsrail polisi iyun ayında bəzi uşaqların zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılmasından sonr

10 sentyabr
.

Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

20 sentyabr
.

Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO

Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim

14 sentyabr
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

15 sentyabr
.

Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyün

19 sentyabr
.

Ata və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO

Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini

17 sentyabr
.

Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"

Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə

10 sentyabr
.

Məsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO

İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric

9 sentyabr