Bu ölkəyə gedən turistlərin NƏZƏRİNƏ: sərxoşluq testindən keçiriləcəksiniz

Bu ölkəyə gedən turistlərin NƏZƏRİNƏ: sərxoşluq testindən keçiriləcəksinizTailandda turistlərə spirtli içki satışı ilə bağlı yeni qaydalar tətbiq olunub. Yeni tələblərə əsasən, satıcılar alkoqol almaq istəyən şəxslərin sərxoşluq səviyyəsini yoxlamaq hüququ əldə ediblər. Əgər yoxlama nəticəsində müştərinin artıq sərxoş olduğu müəyyən edilərsə, ona xidmət göstərilməyəcək.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni qaydalara görə, şəxs alkoqol qəbul etdikdən sonra hərəkət koordinasiyasında açıq pozuntular göstərirsə, tarazlığını saxlamaqda çətinlik çəkirsə, qeyri-sabit davranırsa və ya onun danışığı və davranışı özü və ətrafdakılar üçün təhlükə yaradırsa, o, sərxoş hesab olunur. Bundan əlavə, şəxsdən spirt qoxusu gəlməsi ilə yanaşı gözlərin qızarması və ya titrəməsi, qeyri-sabit yeriş və ya titrəmə, anlaşılmaz və ya qarışıq nitq, əhval dəyişikliyi, aqressiv və ya dağıdıcı davranış, uyğun olmayan hərəkətlər, eləcə də şüurun zəifləməsi kimi əlamətlər də sərxoşluğun göstəricisi sayılır.

Qaydalar çərçivəsində sərxoşluğu müəyyən etmək üçün üç praktik test üsulu da təqdim olunub. Bu testlərdən hər hansı biri satıcı tərəfindən tətbiq oluna bilər. Birinci üsul barmağı buruna toxundurma testidir ki, bu zaman şəxs gözlərini yumaraq barmağını burnunun ucuna dəyməlidir və ciddi səhv və ya titrəmə sərxoşluq əlaməti kimi qiymətləndirilir.

İkinci üsul yerimə və dönmə testidir, burada şəxs düz xətt üzrə addımlamalı və geri qayıtmalıdır, balansın itirilməsi və ya xəttdən çıxma kimi hallar sərxoşluğa işarə edir. Üçüncü üsul isə bir ayaq üzərində dayanma testidir; şəxs bir ayaq üstə dayanaraq müəyyən müddət saymalıdır və tarazlığın itirilməsi sərxoşluq kimi qiymətləndirilir.

Rəsmilər bildirirlər ki, bu yeniliklər spirtli içkilərin daha məsuliyyətli şəkildə satılmasını təmin etməyə və ictimai təhlükəsizliyi artırmağa yönəlib. Yeni və aydın meyarların tətbiqi satıcılara daha düzgün qərar verməyə kömək edəcək və ictimai yerlərdə alkoqolla bağlı insidentlərin qarşısını almağa xidmət edəcək.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 483   Tarix: 07 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021