"Orion" pilotlu kosmik gəmisi Ay ətrafında uçuşunu başa vurub və Yerə qayıdır
"Artemida-2" missiyası çərçivəsində ABŞ-nin "Orion" kosmik gəmisinin ekipajı Ay ətrafında fırlandıqdan sonra Yerə qayıtmağa başlayır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Mərkəzindən (NASA) məlumat verilib.
İdarənin saytında dərc olunmuş məlumatda bildirilib ki, "Artemis-2" komandası Ay müşahidələrini başa vurub və hazırda evə qayıtmağa başlayır.
Qeyd olunur ki, "Orion" aprelin 7-də Ayın cazibə qüvvəsi zonasını tərk edəcək və Yerin peykindən 66 098 km (41 000 mil) uzaqlaşacaq.
Daha əvvəl aprelin 6-da "Artemis-2" ekipajı "Apollo-13" ekspedisiyasının nailiyyətlərini üstələyərək insanın Yerdən uzaqlaşma məsafəsi üzrə yeni rekord qırıb, daha sonra Ayın görünməyən tərəfində öz uçuşu zamanı Yerdən ən uzaq nöqtəsinə çatıb.
Aprelin 2-də "Artemis-2" missiyası Floridadakı Kennedi Kosmik Mərkəzindən start götürüb. Bu, 1972-ci ildən bəri Aya ilk insanlı missiyadır. Uçuşun müddəti 10 gün təşkil edəcək. Astronavtlar Ay ətrafında fırlanmalı və Yerə qayıtmalıdırlar.
Aprelin 5-də missiya iştirakçıları gözlənilməz problemlə qarşılaşıblar - uçuşun üçüncü günündə göyərtədəki ayaqyolu işləməyib. NASA bildirib ki, nasazlığa səbəb ventilyasiya borusunda donub qalmış sidik olub. Dispetçerlər ağıllı həll yolu tapıblar - kapsulu elə fırladıblar ki, borunun donmuş hissəsi birbaşa günəş işığına məruz qalsın. Bu, qismən sistemi təmizləyib və mayenin bir hissəsinin açıq kosmosa çıxmasına imkan verib.
Daha əvvəl isə "Artemis-2" missiyasındakı "Orion" kosmik gəmisinin Ayın cazibə qüvvəsi zonasına daxil olduğu bildirilirdi.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 415 Tarix: 07 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın
8 sentyabr 2021"Google" xəritəsindən mistik görüntü - VİDEO
Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd
7 sentyabr 2021"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR
"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir
12 sentyabr 2021Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 2021Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO
İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid
16 sentyabr 2021Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu
10 sentyabr 2021Dördüncü "Matrix"in tizeri yayımlanıb
"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu
9 sentyabr 2021