Qlobal istiləşmə antibiotiklərə davamlı bakteriyaların çoxalmasına səbəb olur - Yeni araşdırma
Qlobal istiləşmə və iqlim dəyişiklikləri antibiotiklərə qarşı müqavimət göstərə bilən bakteriyaların çoxalmasına səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, Kaliforniya Texnologiya İnstitutunun alimləri apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər. Elmi işin təfərrüatları "Nature Microbiology" jurnalında dərc olunub.
Tədqiqatçılar quraqlığın torpaqdakı mikrob populyasiyalarına ciddi təsir etdiyini aşkarlayıblar. Torpağın nəm səviyyəsi azaldıqca, mikroorqanizmlər tərəfindən buraxılan təbii antibiotiklərin konsentrasiyası artır. Bunun nəticəsində isə sadəcə həmin maddələrə dözümlü olan bakteriyaların sağ qala bildiyi xüsusi mühit yaranır.
ABŞ, Çin və Avropadan əldə edilən məlumatların təhlili göstərib ki, quru torpaqlarda həm antibiotik istehsal edən bakteriyalar, həm də müqavimət genləri daha çox olur. Laboratoriya sınaqları da irəli sürülən fərziyyəni təsdiqləyib. Alimlər süni torpağa antibiotik əlavə edib quraq mühit formalaşdırıblar. Sınağın sonunda həssas bakteriyalar məhv olarkən müqavimətli növlər yaşamağa və çoxalmağa davam ediblər.
Araşdırmanın ən ciddi tibbi narahatlıq yaradan hissəsi xəstəxanalarla bağlıdır. Mütəxəssislər müxtəlif iqlim şəraitinə malik 116 ölkənin səhiyyə müəssisələrindəki antibiotik müqaviməti məlumatlarını incələyiblər.
Məlum olub ki, quraqlıq səviyyəsi yüksəldikcə, xəstəxanalardakı bakteriyaların da dərmanlara qarşı dirənci artır. Dərman istehlakına təsir edən sosial-iqtisadi amillər hesaba alındıqda belə, sözügedən tendensiya dəyişməz qalıb.
Makkuori Universitetinin mikrobioloqu Timoti Qalinin sözlərinə görə, bu mənzərə qlobal tendensiyanın göstəricisidir. Ekosistemdəki dəyişikliklər insan səhhəti üçün təhlükə mənbəyi olan patogenlərin yaranmasına və təkamülünə birbaşa təsir edə bilir.
Ekspertlər qeyd edirlər ki, quraqlığın tibbi müəssisələrdə antibiotik müqavimətini artıran yeganə və birbaşa səbəb olduğunu tam qətiyyətlə söyləmək üçün hələ tezdir. Lakin əldə olunan dəlillər qlobal iqlim dəyişikliklərinin hazırkı riski daha da dərinləşdirə biləcəyini aydın göstərir.
Alimlərin yekun rəyinə əsasən, dərmanlara tabe olmayan mikroorqanizmlərlə səmərəli şəkildə mübarizə aparmaq üçün yalnız tibbi həllər yetərli deyil. Ətraf mühit amillərini və iqlim dəyişikliyinin mikrob ekosistemlərinə təsirini mütləq nəzərə almaq vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 449 Tarix: 09 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15 sentyabrRadiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd
14 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrBir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabr