Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı

Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranıRəqəmsal ödənişlərlə bağlı gecikmələrin əsas səbəbi nəqliyyat sistemi ilə bank infrastrukturu arasında sinxronizasiyanın real vaxtda aparılmamasıdır. Bu sistem rahatlıq yaratsa da, mövcud gecikmələr göstərir ki, sistemin texniki dayanıqlığı və istifadəçi ilə kommunikasiya hələ də təkmilləşdirilməlidir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Rəqəmsallaşma ictimai nəqliyyat sektorunda da ənənəvi ödəniş vərdişlərini sürətlə dəyişir. Nağdsız ödənişlər, xüsusilə NFC texnologiyası son illərdə sərnişinlər üçün həm sürət, həm də rahatlıq baxımından əsas alternativə çevrilib. Lakin son aylarda bu rahatlığın fonunda ciddi narazılıqlar yaranıb. Sərnişinlərin bir qismi nəqliyyatda bank kartlarından istifadə etmədikləri halda vəsait çıxıldığını, digərləri xərclərdən artıq məbləğin, bəzən bir gediş haqqının iki-üç dəfə çıxıldığını iddia edir, bəziləri isə kartlarının əsassız yerə məhdudlaşdırıldığını bildirirlər. Sosial şəbəkələrdə səslənən fikirlərdə qeyd olunur ki, bu ödənişlər əvvəlki uğursuz əməliyyatların əvəzində deyil, sistem tərəfindən sonradan avtomatik şəkildə həyata keçirilir. Xüsusilə son vaxtlar paytaxtda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər metro və avtobuslarda NFC vasitəsilə ödəniş edərkən "kart məhdudlaşdırılıb" bildirişi ilə tez-tez qarşılaşırlar.

Gecikmə haradan yaranır?

Məsələnin əsas səbəbi ödənişin təsdiqi ilə vəsaitin faktiki silinməsi arasında yaranan zaman fərqidir. NFC ödənişlərində əməliyyat dərhal "uğurlu" kimi qeydə alınsa da, vəsait bank hesabından real vaxtda çıxılmır. Bu gecikmə bir neçə saat, bəzən günlərlə davam edə bilər. Nəticədə istifadəçi kartında kifayət qədər vəsait olduğunu düşünsə də, əvvəlki əməliyyatlar sistemdə "borc" kimi qalır və sonradan toplu şəkildə silinir. Xüsusilə oktyabr-aprel aylarında həyata keçirilmiş əməliyyatların bir hissəsinin gecikmə ilə emal olunması bu problemi daha da qabarıq göstərib. Hətta "BakıKart" bununla bağlı açıqlama yayıb.

Rəsmi açıqlama

"BakıKart"dan bildirilib ki, oktyabr-aprel aylarında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı ildən etibarən mərhələli şəkildə silinməsinə başlanılıb və bu proses başa çatdıqdan sonra məhdudiyyətlər aradan qaldırılacaq: "Ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər sizə gecikmə ilə (bir neçə saat və ya gün sonra) təqdim oluna bilər. Bu səbəbdən bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyət tətbiq olunur.

Xahiş edirik, bank kartlarınızda ödəniş əməliyyatları üçün kifayət qədər vəsait saxlayasınız. Borc məbləği hesabınızdan silindikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq və bank tərəfindən sizə bildiriş təqdim olunacaq. Silinən məbləğləri bankınızın kart tarixçəsində görə biləcəksiniz".

Sistem necə işləyir?

Qurumun məlumatına görə, "BakıKart" tərəfindən tətbiq edilən ödəniş sistemi həm "bir dəfəlik keçid imkanı", həm də "gecikdirilmiş avtorizasiya" prinsiplərini əhatə edir. "Bir dəfəlik keçid" funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər, balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Qurumdan bildirilir ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, bir saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir.

Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.

"Gecikmiş silinmə" görüntüsü necə yaranır?

İKT üzrə ekspert Elvin Abbasov bildirir ki, gecikmələrin əsas səbəbi nəqliyyat sistemi ilə bank infrastrukturu arasında sinxronizasiyanın real vaxtda aparılmamasıdır:

"Validatorda kart oxunarkən sistem ilk növbədə kartın aktivliyini yoxlayır, lakin vəsaitin real vaxt rejimində silinməsi üçün hər bir avtobusdan banka anlıq sorğu göndərilməsi şəbəkə yüklənməsinə səbəb ola bilər. Bu səbəbdən tranzaksiya məlumatları paket şəklində toplanır və müəyyən fasilələrlə banka ötürülür ki, bu da "gecikmiş silinmə" görüntüsü yaradır".

E.Abbasovun sözlərinə görə, rabitə problemləri və texniki uyğunsuzluqlar da bu prosesə təsir edir:

"Avtobus hərəkətdə olarkən validatorun internet bağlantısı zəiflədikdə məlumatların serverə ötürülməsi dayanır. Həmçinin bəzi smartfonların NFC modullarının validatorla sürətli əlaqə qura bilməməsi və ya token mübadiləsinin ləngiməsi ödənişin uğursuz olması və ya kartın qara siyahıya düşməsi ilə nəticələnir".

"Sərnişinlər üçün maliyyə qeyri-müəyyənliyi yaradır"

Gecikmiş ödənişlər sərnişinlər üçün maliyyə qeyri-müəyyənliyi yaradır. İstifadəçi balansının yetərli olduğunu düşündüyü halda, əvvəlki gediş haqları sonradan silindikdə balans mənfiyə düşə bilər. Bu isə xüsusilə debet kartlarda gözlənilməz bloklanmalara və digər ödənişlərin gecikməsinə səbəb olur.

Ekspert əlavə edir ki, oflayn tranzaksiya modeli müəyyən hallarda saxtakarlıq risklərini də artırır:

"Bu modeldə validator kartın balansını bankla anlıq yoxlamadığı üçün, balansı olmayan və ya bloklanmış kartlarla gediş etmək mümkün ola bilər. Bu boşluğu doldurmaq üçün sistem sonradan "qara siyahı" tətbiq edir, lakin məlumatların gecikməsi saxta və ya klonlanmış kartlarla sistemdən müvəqqəti istifadə imkanını artırır".

Bununla belə, ödənişlər zamanı tokenizasiya tətbiq olunur və kart məlumatları şifrələnmiş formada ötürülür.

Mütəxəssislər sərnişinlərə kart balansını mütəmadi yoxlamağı, əməliyyat tarixçəsini izləməyi və şübhəli hallarda bankla əlaqə saxlamağı tövsiyə edirlər. Daha təhlükəsiz yanaşma kimi nəqliyyat ödənişləri üçün ayrıca kartdan istifadə etmək də məqsədəuyğun hesab olunur.

Nəticə olaraq, NFC texnologiyası rahatlıq yaratsa da, mövcud gecikmələr göstərir ki, sistemin texniki dayanıqlığı və istifadəçi ilə kommunikasiya hələ də təkmilləşdirilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1909   Tarix: 12 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk bayrağına tüpürən ingilis turist həbs edildi

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba

9 sentyabr
.

Sürücülük vəsiqəsini 20 gün əvvəl almışdı: 18 yaşlı gənc motosiklet qəzasında öldü - VİDEO

Türkiyənin Antalya şəhərində motosiklet qəzası 18 yaşlı Mehmet Ege Sulanın həyatına son qoyub. Gəncin sürücülük vəsiqəsini cəmi 20 gün əvvəl aldığı məlum olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə Muratpaşa rayonunun Kızılsaray məhəlləsində, Tonguç prospektinin Tonguç yeraltı keçidində gec

14 sentyabr
.

Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyün

19 sentyabr
.

Zərdabda DƏHŞƏTLİ QƏZADA beş nəfər həlak oldu, bir yaralı Bakıya gətirildi - FOTO

Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 8-də saat 23:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zərda

9 sentyabr
.

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə

12 sentyabr
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13 sentyabr
.

Ata və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO

Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini

17 sentyabr
.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr
.

Gənc qız intiharını canlı yayımladı: Anasının yalvarışlarına baxmayaraq həyatını itirdi

Rusiyada gənc qız sosial şəbəkədə canlı yayım açaraq intihar edəcəyini açıqlayıb. Hadisə zamanı yayına qoşulan anasının göz yaşları və qızını fikrindən daşındırmaq cəhdləri nəticəsiz qalıb. Gənc qız canlı yayım davam edərkən özünü yüksəklikdən aşağı ataraq həyatını itirib. xarici mediaya istinadla xəbə

8 sentyabr