Tək yumruq zərbəsi həyatını məhv etdi: ailə verilən cəzaya etiraz etdi
Yeddi il əvvəl aldığı tək yumruq zərbəsi ilə həyatı tamamilə dəyişən Simon Hackettın ailəsi hücum edən şəxsə verilən cəzaya etiraz edib. Hackettın bacısı verilən həbs cəzasının yaşanan acının qarşılığı olmadığını bildirərək "ədalət yoxdur" deyib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 2015-ci ilin sentyabr ayında işçi klubunda keçirilən məclisdən qayıdan Simon Hackettın tanımadığı bir şəxs tərəfindən yumruqlanması ilə baş verib. Zərbədən sonra yerə yıxılan Hackettın başı sərt şəkildə yerə dəyib. Hücumu törədən Jordan Dochertinin vurduğu yumruq nəticəsində Hackett ağır kəllə-beyin travması alıb və beyin zədəsi keçirib. Günlərlə süni yuxu vəziyyətində saxlanılan Hackettın beynindəki şişkinliyi azaltmaq üçün kəllə sümüyünün bir hissəsi əməliyyatla götürülüb.
Hadisə zamanı 35 yaşı olan Hackett hücumdan sonra bir daha danışa və yeriyə bilməyən vəziyyətə düşüb. Ömrünün qalan hissəsini xəstəxanalarda və qayğı mərkəzlərində keçirən üç uşaq atası kişinin vəziyyəti illər keçdikcə daha da pisləşib. 2022-ci ildə bronxit və pnevmoniyaya yoluxan Hackettın səhhəti ağırlaşdığından o, palyativ baxıma yerləşdirilib və həmin il vəfat edib.
Hücumçu Jordan Docherti 2016-cı ildə ağır bədən xəsarəti yetirmə cinayətini etiraf edərək 4 il həbs cəzasına məhkum edilsə də, cəmi 18 ay həbsdə qalıb. Hackettın ölümündən sonra bu dəfə adam öldürmə ittihamı ilə mühakimə olunan Docherti əlavə olaraq 15 ay həbs cəzası alıb.
Hackettın bacısı Alicia Manners verilən cəzanın yetərsiz olduğunu bildirərək, "Simonun və ailəmizin yeddi il ərzində yaşadığı ağrının qarşılığı bu deyil" deyib. Ailənin baş verən itkidən sarsıldığını qeyd edən Manners ədalətin yerini tapmadığını vurğulayıb. Hadisə tək bir zərbənin insan həyatını geri dönməz şəkildə necə dəyişə biləcəyini bir daha göstərib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2199 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabrÖldü zənn edib yas tutdular, 10 gün sonra möcüzə baş verdi - VİDEO
Nepalda böyük dağıntılara səbəb olan sel fəlakətindən 10 gün sonra möcüzəvi xilas baş verib. Betrawati bölgəsində sel zamanı itkin düşən yaşlı qadın Çandika Kumari Şrestha dağıntılar arasında sağ tapılıb. xarici mediaya istinadla xəbər verir ki, fəlakətdən sonra Şrestha ilə günlərlə əlaqə saxlamaq mümkü
7 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrMəsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO
İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric
9 sentyabrKirayə avtomobillə drift edən sürücüyə 140 min cərimə - VİDEO
İstanbulun Başakşehir rayonunda kirayə götürdüyü avtomobillə drift edən sürücü polis tərəfindən müəyyən edilərək cəzalandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. 34 KOT 241 dövlət nömrə nişanlı avtomobilin drift etdiyi anlar lentə alınaraq sosial qrupa göndərilib
8 sentyabr