Dronla çobanlıq: Qoyun sürüsünü 30 saniyəyə toplandı - VİDEO
Türkiyənin Erzurum vilayətinin Oltu rayonunda maraqlı hadisə qeydə alınıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, çobanlıqla məşğul olan İsmail Akbaş müasir texnologiyadan istifadə edərək dağılmış qoyun sürüsünü cəmi 30 saniyə ərzində bir araya gətirib.
Oltunun Toprakkale kəndində çalışan Akbaş çay dəmlədiyi vaxt sürünün geniş əraziyə yayıldığını görüb. Sürünü piyada toplamaq əvəzinə, üzərinə zəng bağladığı dronu havaya qaldıraraq qoyunları istiqamətləndirib və qısa müddətdə yenidən bir yerə yığıb.
Hadisəni sosial media hesabında paylaşan çoban bildirib ki, texnologiyadan istifadə onun işini xeyli asanlaşdırır: "Çayım qaynayırdı, qoyunlar da dağılmışdı. Düşündüm ki, dronu göndərim. Əgər dron olmasaydı, özüm getməli idim. 30 saniyəyə işi həll etdim".
Akbaş qeyd edib ki, çobanlıq ata-baba peşəsidir və əvvəllər sürü əsasən səs və çomaq vasitəsilə idarə olunurdu. Onun sözlərinə görə, dron vasitəsilə sürünü daha rahat izləmək və yönləndirmək mümkündür: "İndi Oltu dağlarında sanki quş kimi hər şeyi yuxarıdan görürəm. Sürü dağılanda dronla tapıb geri qaytarıram".
"Yeni nəsil çoban" kimi təqdim olunan Akbaşın bu üsulu sosial şəbəkələrdə böyük maraq doğurub və texnologiyanın kənd təsərrüfatında tətbiqinə nümunə kimi qiymətləndirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1420 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
General Allahverdiyev dəfn olundu - Fotolar
Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Hərbi Memorial Məzarlıqd
18 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabr