Yeni doğulan körpəyə kitab oxumaq onun inkişafına necə təsir göstərir? - AÇIQLAMA
Valideynlik dövründə ən çox verilən suallardan biri də körpə hələ heç nə anlamırsa, ona kitab oxumağın nə qədər faydalı olub-olmamasıdır.
İlk baxışda sadə və əhəmiyyətsiz görünən bu vərdiş əslində uşağın həm beyin, həm də emosional inkişafında düşündüyümüzdən daha böyük rol oynayır.
Bəs görəsən körpələrə kitab oxumaq onların gələcək inkişafına necə təsir göstərir?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Körpələr doğulduqları andan etibarən ətraf mühiti aktiv şəkildə qavramağa başlayırlar. Onlar sözləri başa düşməsələr belə, səsləri, intonasiyanı, ritmi və emosiyanı hiss edirlər. Bu baxımdan erkən yaşda kitab oxumaq bir neçə istiqamətdə mühüm rol oynayır.
İlk növbədə, bu, dil və nitq inkişafının təməlini qoyur. Körpə valideynin səsini dinlədikcə yeni səslərə öyrəşir, beyin həmin səsləri yadda saxlayır və gələcəkdə danışıq bacarıqlarının formalaşmasına zəmin yaranır. Eyni zamanda, kitab oxumaq emosional bağın güclənməsinə kömək edir. Uşaq valideynin qucağında olarkən onun səsini dinləyir, özünü təhlükəsiz və rahat hiss edir. Bu isə uşağın psixoloji sabitliyi və güvən hissi üçün çox vacibdir.
Bu vərdiş diqqət və yaddaşın inkişafına da müsbət təsir edir. Körpə şəkillərə baxdıqca, səsləri dinlədikcə diqqətini cəmləməyi öyrənir. Hətta sadə şəkilli kitablar belə onun vizual qavrayışını gücləndirir. Erkən yaşda kitabla tanışlıq gələcəkdə oxumağa marağın formalaşmasına səbəb olur. Belə uşaqlar böyüdükcə kitabı daha rahat qəbul edir və öyrənməyə daha açıq olurlar.
Yəni, körpə hələ anlamır deyə kitab oxumağı təxirə salmaq düzgün yanaşma deyil. Əksinə, bu dövr uşağın beyin inkişafının ən aktiv mərhələsidir və məhz bu zaman edilən belə sadə addımlar onun gələcək intellektual və emosional inkişafına güclü təsir göstərir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
SOCAR neftçiləri təbrik edib
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər