Onlar müdir müavini təyin edildilər
Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub.
Qaynarinfo xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Ruslan Rzayev əmək fəaliyyətinə 2011-ci ildə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə müəllim kimi başlayıb. 2020-ci ilədək müəllim kimi fəaliyyət göstərən Ruslan Rzayev 2020-2022-ci illərdə həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışıb. 2022-ci ildən bu təyinatadək Qazax rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib.
Məmmədtağıyev Elmin Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.
Elmin Məmmədtağıyev əmək fəaliyyətinə 2017-ci ildə Lerik rayonunda Valeh Rəhimov adına Veri Əliabad kənd ümumi orta məktəbində müəllim kimi başlayıb. O, 2018-2022-ci illərdə Kəlbəcər rayon Təhsil şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2022-ci ildə fəaliyyətini Mərkəzi Aran Regional Təhsil İdarəsində davam etdirərək əvvəlcə məsləhətçi, daha sonra isə İnzibati təşkilat sektorunun müdiri vəzifələrində işləyib. 2025-ci ildən bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri kimi fəaliyyət göstərib.
Həmçinin Baxışov Rəvan Baxış oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.
1998-ci ildən əmək fəaliyyətinə başlayan Rəvan Baxışov 2020-ci ilə qədər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə, 2020-2022-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 17 saylı Regional Xəzinədarlıq İdarəsində çalışıb.
Rəvan Baxışov təyinata qədər Şirvan-Salyan Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun müdiri vəzifəsini icra edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 748 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10° şaxta olacaq
Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
16 noyabrBu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
17 noyabrAzərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə
17 noyabr"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video
Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd
16 noyabrDin xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya
"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada
17 noyabr"Changan" idarəetməni itirərək səkiyə çıxdı
Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya
18 noyabr