Süni intellekt insanın hiss etmə qabiliyyətini zəiflədir? - AÇIQLAMA
İnsanların duyğuları artıq yalnız üz-üzə münasibətlərdə deyil, ekranların arxasında da formalaşır.
Mesajlaşmalar, sosial şəbəkələr, avtomatik cavablar və süni intellektlə ünsiyyət gündəlik həyatın bir parçasına çevrilib.
Bu dəyişiklik isə haqlı bir sualı ortaya çıxarır: süni intellekt insanın hiss etmə qabiliyyətini zəiflədir, yoxsa sadəcə onu fərqli istiqamətə yönəldir?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Süni intellektin özü birbaşa olaraq duyğuları "korlaşdırmır". Amma onun istifadəsi insanın emosional təcrübəsini dolayı yolla dəyişə bilər. İnsan beyninin sağlam emosional inkişafı üçün real münasibətlərdə qarşılıqlı hiss etmə, empatiya və reaksiyaların paylaşılması vacibdir. Süni intellekt isə çox vaxt bu qarşılıqlı dinamikanı tam əvəz etmir. Cavab verir, amma hiss etmir, anlayır kimi görünür, amma yaşatmır. Məsələn, bir insan uzun müddət yalnız süni sistemlərlə ünsiyyətdə olarsa, qarşısındakı "reaksiyanın" emosional dərinliyini zamanla daha az tələb etməyə başlaya bilər. Bu isə real münasibətlərdə səbr, empatiya və emosional dözümlülüyün zəifləməsinə gətirib çıxara bilər. Yəni problem texnologiyada deyil, onun insan münasibətlərini əvəz etməsi riskindədir.
Digər tərəfdən, süni intellekt düzgün istifadə olunduqda əksinə, emosional maarifləndirməyə dəstək ola bilər. İnsanlar öz hisslərini daha yaxşı anlamaq, düşüncələrini strukturlaşdırmaq və psixoloji dəstək almaq üçün bu vasitələrdən yararlana bilirlər. Amma burada əsas şərt balansdır.
Qısaca, süni intellekt duyğuları korlaşdıran bir faktor deyil, amma emosional əlaqələrin yerini tutduğu zaman insanın hiss etmə dərinliyini zəiflədə bilən bir vasitəyə çevrilə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO