Bir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcək
Azərbaycan və Ermənistan sərhədində yerləşən Coğazçay su anbarı təmir ediləcək.
Oxu.Az-ın məlumatına görə, Regional Su Meliorasiya Xidməti tender elan edib.
Layihə çərçivəsində Coğazçay su anbarının sutullayıcı qurğunun dağılmış hissəsinin əsaslı təmir edilməsi nəzərdə tutulur.
Qurum görüləcək işlər müqabilində 114 230 manat ödəməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, Coğazçay su anbarı Azərbaycan və Ermənistan sərhədində yerləşir. Su anbarı Coğazçay üzərində tikilib və 1988-ci ildə istismara verilib. Su anbarının bir hissəsi Ermənistanın İcevan rayonun ərazisində, qalan hissəsi Qazax rayonu ərazisində yerləşir.
Su anbarında bəndin hündürlüyü 41 metr, bəndin uzunluğu 855 metr və ümumi həcmi 26 milyon kubmetrdir.
Həmçinin qeyd edək ki, Nazirlər Kabinetinin 5 dekabr 2024-cü il qərarı ilə Coğazçay su anbarı mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO