Bakının bu ərazilərində torpağın sotu 2 milyondur
Paytaxtda premium zonalar Səbail, Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonunun bir hissəsi qeyd olunmaqla bu rayonların ərazisində olan küçələri və rezidensləri əhatə edir. Nəsimi rayonunda əsasən "Port Baku" ətrafında qiymətlərin yüksək həddi qeyd olunub. 28 May və Səməd Vurğun ərazilərində, Səbail rayonunda "İçərişəhər" və "Sahil" metrosunun, Yasamalda "Elmlər Akademiyası" metrosunun ətrafı, "Statistika dairəsi" və s. kimi yerlərdə qiymətlər yüksək həddədir".
Sonxeber.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, premium zonada ortalama qiymətlər bir kvadratmetr üçün 4500-6500 manat arasında dəyişir:
"Köhnə tikililərdə isə bu rəqəm təqribən 3000-4500 manat arasındadır. Bu qiymətlər zaman keçdikcə artır. Mənzillər təbii ki, digər daşınmaz əmlak növlərinə nisbətən daha yüksək qiymətə təklif olunur. Mərkəzdə torpaq sahələri həddindən artıq yüksək qiymətə satılır. Elə ərazilər var ki, orada torpaq sahəsi tapmaq mümkün olmasa da, hesablamalarımıza görə 1 sotun dəyəri təqribən 2 milyon manat olan ərazilər var. Bu əsasən, Nizami küçəsi ətrafında olan yerləri, Yusif Məmmədəliyev küçəsini və Neftçilər prospektinin mərkəzə yaxın hissəsini özündə əks etdirir. Burada xüsusilə Zərifə Əliyeva küçəsini qeyd etmək lazımdır. Torpaq sahələrinin qiyməti təqribən 1 və 1,5 milyon manat arasında dəyişir. Ən yüksək mənzil təklif qiyməti isə bir kvadratmetr üçün 17 500 manatdır. Bu, Nəsimi rayonunda yerləşən "Crescent Mall" üzərindəki yaşayış kompleksindədir. Cari ilin ilk rübündə ortalama bütün yeni tikililər 3,6, köhnə tikililər isə 2,4 faiz qiymət artımına məruz qalıb.
İkinci inkişaf ərazisi isə Xətai rayonunun "Ağ Şəhər" olan ərazisinin ətrafı, Həzi Aslanov və Nəriman rayonun bir hissəsi, Yasamal rayonunun orta inkişaf edən massivləri, Nizami və Binəqədi rayonlarıdır. Bu ərazilərdə yeni tikililərdə qiymətlər təqribən bir kvadratmetri 2300-3700 manat, köhnə tikililərdə isə 2000-2500 manat arasında dəyişir. Son olaraq Xəzər, Qaradağ və Pirallahı rayonlarını qeyd etmək istərdim. Bu ərazilərdə qiymətlərin artım dinamikası həddən aşağıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər