"Bu görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisədir" - AÇIQLAMA

"Bu görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisədir" - AÇIQLAMA"Aprelin 22-də İlham Əliyev ilə Edqars Rinkeviçs arasında Bakıda keçirilən görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu təmas, ilk növbədə, iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı etimad mühitinin daha da möhkəmləndirilməsi baxımından diqqət çəkir".

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

"Bu görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisədir" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, Latviya Avropa İttifaqının üzvü kimi Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsində körpü rolunu oynaya bilər:

"Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq perspektivləri real və praktik xarakter daşıyır. Bakı-Riqa xəttində əlaqələrin güclənməsi Orta Dəhlizin funksionallığını artırmaqla yanaşı, Azərbaycanın Avropa bazarlarına çıxış imkanlarını da genişləndirə bilər.

Digər tərəfdən, bu görüş regional kontekstdə də əhəmiyyətlidir. Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlığın dərinləşməsi geosiyasi balansın şaxələndirilməsinə xidmət edir. Azərbaycan üçün bu, yalnız iqtisadi deyil, həm də siyasi manevr imkanlarının artması deməkdir. Latviya isə Azərbaycan vasitəsilə Xəzər hövzəsi və Mərkəzi Asiya ilə daha aktiv əlaqə qurmaq imkanı əldə edir.

Ümumilikdə, görüş göstərir ki, Bakı çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir. Bu yanaşma isə həm regional sabitliyə töhfə verir, həm də Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 530   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanı

16 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr