Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

Azərbaycanda toylarla bağlı qadağalar gəlir?Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı milli mədəniyyətimizin ən mühüm elementlərindən biri olan toy mərasimlərinin artıq öz mahiyyətini itirdiyini və eybəcər formaya salındığını bildirib.

""Azərbaycan toyu" deyilən anlayış demək olar ki, yoxa çıxıb. Bəzi ucqar kəndlərdə ənənəvi elementlər qorunsa da, ümumi mənzərədə bu mərasimlər artıq toy deyil. Bugünkü toylar hədsiz israfçılığın, dəbdəbənin, hay-küyün və özünü göstərmək meylinin hökm sürdüyü şouya çevrilib. Bu, artıq mənəvi dəyər üzərində qurulan ailə mərasimi yox, nümayiş xarakterli tədbirdir. Halbuki toy ailə qurulmasının təntənəli qeydidir və mənəvi məzmun daşımalıdır. Son dövrlərdə isə bu mərasimlər "müasirlik" adı altında ifrata varıb, nəzarətdən çıxıb. Bu vəziyyət insanlara həm maddi, həm də mənəvi baxımdan ciddi zərər vurur. Toylar bir-biri ilə yarışa çevrilib: bahalı geyimlər, qızıl əşyalar, şişirdilmiş menyular, çoxsaylı və lazımsız xidmətlər bu yarışın əsas elementləridir. Üçmərtəbəli süfrələr, hədsiz yemək çeşidləri açıq israfçılıqdır və artıq normadan kənardır".

Sosioloq bildirib ki, bundan əlavə, toy mərasimlərində səs səviyyəsi ciddi problemə çevrilib.

"Həddindən artıq yüksək musiqi insanların sağlamlığına mənfi təsir göstərir və bu, artıq "akustik terror" səviyyəsinə çatır. Bütün bunlar toyun mahiyyətinin tamamilə deformasiyaya uğradığını göstərir. Ən ciddi problemlərdən biri də sosial-iqtisadi yükdür. Ənənəvi olaraq toyda verilən hədiyyə və pul yardımları yeni qurulan ailəyə dəstək məqsədi daşıyırdı. Lakin hazırda toy xərcləri o qədər artıb ki, ailələr bu mərasimdən borcla, kreditlə çıxır. Toplanan vəsait isə ailəyə yox, əsasən restoranlara, şadlıq evlərinə və müxtəlif xidmət sahələrinə yönəlir. Nəticədə yeni ailə dəstək almaq əvəzinə borc yükü ilə üz-üzə qalır. Bu vəziyyət xüsusilə aztəminatlı ailələr üçün daha ağırdır. Yüksək toy xərcləri bir çox gəncin evliliyini gecikdirir, hətta mümkünsüz edir. Çünki toy təkcə mərasimdən ibarət deyil, cehiz, qızıl, digər xərclər də ciddi maliyyə yükü yaradır".

Onun sözlərinə görə, digər problem isə qonaq sayının süni şəkildə artırılmasıdır.

"Cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, toyda yüzlərlə insan iştirak etməlidir. Halbuki dünya təcrübəsində toylar daha çox yaxın qohum və dostların iştirakı ilə, məhdud sayda keçirilir. Bizdə isə 300-500 nəfərlik toylar adi hal alıb. Bu, həm də cəmiyyət üçün əlavə maliyyə yükü yaradır. Elə ailələr var ki, bir ay ərzində bir neçə toy dəvətnaməsi alır və hər biri üçün müəyyən məbləğdə pul vermək məcburiyyətində qalır. Orta aylıq gəlirlərin aşağı olduğu şəraitdə bu, ciddi sosial problemə çevrilir. Beləliklə, toy mərasimləri artıq mənəvi mahiyyətini itirmiş, cəmiyyətə zərər vuran şouya çevrilib. Bunun Azərbaycan mədəniyyəti və milli dəyərlərlə birbaşa əlaqəsi yoxdur. Çıxış yollarına gəldikdə isə, bu məsələ illərdir müzakirə olunur. Dünyada və region ölkələrində bu sahədə müəyyən məhdudiyyətlər və standartlar tətbiq edilib. Məsələn, bəzi Orta Asiya ölkələrində toyların formatı qanunvericiliklə tənzimlənir. Azərbaycanda da müəyyən mərasimlərdə qismən nizamlanma müşahidə olunur və bu, problemin həllinin mümkün olduğunu göstərir. Lakin görünən odur ki, insanlar könüllü şəkildə bu dəyişikliklərə getmədiyi üçün inzibati mexanizmlərə ehtiyac yaranır".

Ekspert bildirib ki, toy sektorunda da standartlar müəyyən edilməlidir.

"Məsələn, restoranların məcburi şəkildə şişirdilmiş menyular təqdim etməsi aradan qaldırılmalı, sadə və sərfəli seçimlərə imkan verilməlidir. Eyni zamanda, bahalı geyimlər, avtomobillər, yüksək qonorar tələb edən ifaçılar kimi əlavə xərclər zəruri element kimi təqdim olunmamalıdır. Bundan başqa, qida təhlükəsizliyi və xidmət keyfiyyəti üzərində də ciddi nəzarət olmalıdır. Çünki bəzi hallarda keyfiyyətsiz məhsullar insanların sağlamlığı üçün risk yaradır. Ümumilikdə, toyların sadə, mənəvi məzmunlu və iqtisadi baxımdan əlçatan formada keçirilməsi təmin olunmalıdır. Verilən hədiyyə və maddi dəstək birbaşa yeni qurulan ailəyə yönəlməlidir. Bu problemin həlli üçün dövlət səviyyəsində ictimai şura yaradılması, müvafiq qurumların və ziyalıların iştirakı ilə vahid qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 890   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda kişi arvadını marketdə, autizm​li övladının gözü qarşısında döydü - Video

Bakıda kişi həyat yoldaşını marketdə, autizm​li övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın

18 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

Avtobus sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - Video

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar "BakuBus"ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, məşhur "İntizar" ("Vəfadarım mənim") mahnısı sürücülər tərəfindən ifa olunub. İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçi

18 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

DSX-nin tarixinə düşən general vəfat etdi

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd

18 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy

17 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

Şəhid atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu

17 sentyabr