"Ailə institutunun formalaşması üçün kifayət qədər əlverişli şərait mövcuddur" - DEPUTAT

"Ailə institutunun formalaşması üçün kifayət qədər əlverişli şərait mövcuddur" - DEPUTAT"Bu gün ailə quranların böyük əksəriyyətini gənclər təşkil edir və mən hesab edirəm ki, bugünkü gənc nəsil həm intellektual səviyyə, həm də vətənpərvərlik baxımından bəlkə də ən yüksək inkişaf dövrünü yaşayır. Gənclərimizin təhsildə, əmək fəaliyyətində, hərbi sahədə və digər istiqamətlərdə əldə etdiyi nailiyyətlər qürurvericidir. Bu isə təsadüfi deyil. Çünki gənclərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Eyni zamanda ailə institutunun formalaşması üçün də kifayət qədər əlverişli şərait mövcuddur. Bununla belə, cəmiyyətdə müxtəlif xarakterli insanlar var və fərqli hadisələrin baş verməsi qaçılmazdır. Bu baxımdan müəyyən çatışmazlıqlar da mövcuddur. Bunlara az sayda da olsa, ailələrdə baş verən ayrılıqları və gənclərin ailə qurduqdan sonra bir-birini kifayət qədər anlamamasını misal göstərmək olar. Şübhəsiz ki, bunun müxtəlif səbəbləri var".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, hesab edirəm ki, mətbuatın və informasiya resurslarının fəaliyyət istiqamətlərindən biri də gənc ailələrin maarifləndirilməsi və qorunmasına yönəlməlidir:

"Cəmiyyətdə zəhməti ilə ailəsini möhkəm şəkildə qoruyan insanların həyat tərzi işıqlandırılmalı, belə ailələr nümunə kimi təqdim olunmalıdır. Əslində bu cür nümunəvi ailələr çoxdur və onların təbliği xüsusi əhəmiyyət daşıyır.

Hər bir gənc ailə sosial və iqtisadi çətinliklərin öhdəsindən birlikdə gəlməlidir. Məhz bu zaman ailə daha da möhkəmlənir. Çünki çətinliklər insanları və cəmiyyəti gücləndirir. Demək olar ki, hər bir ailə həyatında müəyyən çətin dövrlərlə qarşılaşır və bu mərhələni iradə nümayiş etdirərək, birgə addımlamaq vacibdir. Bu sınaqdan sonra isə münasibətlər daha da möhkəm olur.

Unutmamalıyıq ki, hər birimiz bu cəmiyyətin daşıyıcılarıyıq və onun mənəvi dəyərlərini qorumaq məsuliyyəti daşıyırıq. Bu xüsusilə gənc ailələrə aiddir. Mən hesab edirəm ki, gənclər bu vəzifənin öhdəsindən gəlir və bu istiqamətdə daha böyük uğurlar əldə etmək mümkündür".

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.

Vüsalə İbrahimli
"Ailə institutunun formalaşması üçün kifayət qədər əlverişli şərait mövcuddur" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 809   Tarix: 30 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının nümayəndələrinin Bakı görüşü

15 sentyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini Azərbaycan Respublikasının Prezident

16 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladı

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu görüşü

16 sentyabr