Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı
Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, İçərişəhərin Böyük Qala küçəsində yerləşən barlardan birində qeydə alınıb.
İttiham aktındakı yekun protokola əsasən, 1990-cı il təvəllüdlü Osman Quliyev (ad və soyad şərtidir) sərxoş halda həmin barın qarşısına gələrək içəri girmək istəyib. Lakin orada mühafizəçi işləyən zərərçəkmiş şəxs Osmana sərxoş olduğunu və obyektə yalnız ailəli şəxslərin buraxıldığını bildirib. Mühafizəçinin sözlərindən qəzəblənən O.Quliyev İçərişəhərdə yaşadığı evə gedərək iki ədəd mətbəx bıçağı götürüb. O, yenidən mühafizəçinin yanına qayıdıb və yaranmış mübahisə zamanı onun kürək nahiyəsinə bıçaqla zərbə endirərək xəsarət yetirib.
Faktla bağlı Osman Quliyev saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını qeyd edib. Zərərçəkmiş şəxs də öz növbəsində Osmana qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Osman Quliyev yekun olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 655 Tarix: 03 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrBakıda yeni tikilən binada yanğın - Fotolar
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr
7 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrTürk bayrağına tüpürən ingilis turist həbs edildi
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba
9 sentyabrÜç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd
6 sentyabrYolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Türkiyənin Adana şəhərində işıqfor olmayan piyada keçidlərində piyadalara yol verməyən sürücülər dron vasitəsilə müəyyən edilib. Keçirilən reyd zamanı 64 sürücüyə ümumilikdə 362 min 368 lirə cərimə tətbiq olunub. xarici mediaya istinadla xəbər verir ki, təxminən 2 saat davam edən yoxlama zamanı müxtəli
8 sentyabrMəsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO
İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric
9 sentyabr