Faciəyə səbəb olan arı hücumu: minə yaxın qoyun tələf oldu - VIDEO

Faciəyə səbəb olan arı hücumu: minə yaxın qoyun tələf oldu - VIDEOTürkiyənin Iğdır vilayətində yaylağa aparılan qoyun sürüsü arıların hücumuna məruz qalıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Hakmehmet və Ağaver kəndləri arasında qeydə alınıb. Sürü sahibi İsmail Naral 4 minə yaxın qoyunu Tuzluca rayonundakı yaylağa aparmaq üçün 4 çobanla birlikdə yola çıxıb. Yolun bir hissəsində ərazidə yerləşən təxminən 200 arı pətəyindən çıxan arılar qəfil sürüyə hücum edib.

Arıların hücumundan qorxuya düşən heyvanlar nəzarətdən çıxaraq kütləvi şəkildə qaçmağa başlayıb. Qaçış zamanı qoyunlar suvarma kanalının kənarındakı maili sahəyə yuvarlanaraq bir-birinin üzərinə düşüb. İzdiham nəticəsində sürüdə böyük tələfat qeydə alınıb.

Hadisənin ilk saatlarında ölən heyvanların sayının 400 olduğu bildirilsə də, sonradan bu rəqəmin təxminən min olduğu müəyyənləşib.

Arı sancmaları nəticəsində sürü sahibi İsmail Naral və 4 çoban da xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə jandarma, AFAD və Iğdır bələdiyyəsinin yanğınsöndürmə briqadaları cəlb olunub. Əraziyə baxış keçirilir, tələfatın miqyası ilə bağlı rəsmi qiymətləndirmə aparılacağı gözlənilir.

Sürü sahibi baş verənləri belə izah edib: "Qoyunları yaylağa aparırdıq. Arılar hücum edəndə sürü panikaya düşdü və kanal kənarındakı boşluğa yuvarlandı. Təxminən min qoyunumuz tələf oldu. Zərərimiz çox böyükdür."

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 873   Tarix: 04 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Öldü zənn edib yas tutdular, 10 gün sonra möcüzə baş verdi - VİDEO

Nepalda böyük dağıntılara səbəb olan sel fəlakətindən 10 gün sonra möcüzəvi xilas baş verib. Betrawati bölgəsində sel zamanı itkin düşən yaşlı qadın Çandika Kumari Şrestha dağıntılar arasında sağ tapılıb. xarici mediaya istinadla xəbər verir ki, fəlakətdən sonra Şrestha ilə günlərlə əlaqə saxlamaq mümkü

7 sentyabr
.

Ağlayan qadının şikayəti böyük dələduzluq şəbəkəsini üzə çıxardı - 2 milyonluq köçürmənin qarşısı alındı - VİDEO

Türkiyənin Samsun şəhərində polis əməkdaşlarının ağlayan bir qadını görərək onunla maraqlanması nəticəsində böyük dələduzluq işi üzə çıxıb. Özlərini polis və prokuror kimi təqdim edən şəxslərin qadının evini satdıraraq 2 milyon 329 min lirəsini ələ keçirdiyi müəyyənləşib. xarici mediaya istinadla xəbə

17 sentyabr
.

Gənc qız intiharını canlı yayımladı: Anasının yalvarışlarına baxmayaraq həyatını itirdi

Rusiyada gənc qız sosial şəbəkədə canlı yayım açaraq intihar edəcəyini açıqlayıb. Hadisə zamanı yayına qoşulan anasının göz yaşları və qızını fikrindən daşındırmaq cəhdləri nəticəsiz qalıb. Gənc qız canlı yayım davam edərkən özünü yüksəklikdən aşağı ataraq həyatını itirib. xarici mediaya istinadla xəbə

8 sentyabr
.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli

13 sentyabr
.

Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO

Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl

12 sentyabr
.

Sifariş etdiyi yeməyin içindən canlı siçan balası çıxdı - restoran bağlandı - VİDEO

Honq-Konqda bir qadın sifariş etdiyi mal əti ilə düyü əriştəsinin içindən canlı siçan balası çıxması ilə böyük şok yaşayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Wah Sing Sənaye Binasında fəaliyyət göstərən Wa Jer Restaurant adlı restoranda baş verib. Qadın 44 Honq-Konq dollarına mal əti il

11 sentyabr
.

Polisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO

İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy

10 sentyabr
.

Türk bayrağına tüpürən ingilis turist həbs edildi

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba

9 sentyabr
.

İtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO

Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar

9 sentyabr