Keti Perri Azərbaycana gələcək
Azərbaycanda keçiriləcək Formula 1 Qran-Prisində məşhur müğənni Keti Perri səhnə alacaq.
"Qafqazinfo" xəbər verir ki, o, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə çıxış edəcək.
Keti Perri beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyarddan çox dinlənmə toplayıb, albom satışları isə 70 milyonu ötüb. "Firework", "Roar" və "Dark Horse" kimi qlobal hitləri ilə yeddi "Diamond" sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.
Qeyd edək ki, yarışın həftəsonunun konsert proqramında dünyaşöhrətli DJ və prodüser Calvin Harris də çıxış edəcək.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-dən 26-na qədər Bakıda keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 446 Tarix: 06 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Barselona" "Real"ı udub çempion oldu - Yenilənib
İspaniya çempionatının 35-ci turunda "El Klasiko" baş tutacaq. "Qafqazinfo" xəbər verir ki, "Barselona" və "Real" "Nou Kamp"da üz-üzə gələcək. Matçın start fiti saat 23:00-da veriləcək. "Barselona" bu matçda qalib gələrsə, çempionluğunu rəsmiləşdirəcək
11 mayBakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu 50 min avrodan çoxdur. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib
9 mayEderson "Fənərbağça"dan ayrıla bilər - "Əl-Nəsr" iddiası
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Ederson Moraes "Fənərbağça"dan ayrıla bilər. xəbər verir ki, "Qalatasaray"la oyundan sonra azarkeşlər tərəfindən ünvanlanan tənqidlər futbolçunun klubdan getmək qərarına təsir edib. İddialara əsasən, braziliyalı qapıçı ayrılığa müsbət yanaşır
29 aprelPremyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Misli Premyer Liqasında XX turun daha bir oyunu bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq
4 mayAFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı cəzaları niyə açıqlamır?
AFFA İntizam Komitəsinin Azərbaycan kubokunun yarımfinalında keçirilən görüşlərlə bağlı cəzaları açıqlamaması maraq doğurur. "Qafqazinfo" xəbər verir ki, komitə yarımfinallardan sonra baş tutan Misli Premyer Liqasının 29-cu turunda baş verənlərlə bağlı qərarlarını bu gün açıqlayıb. Lakin yarımfinall
29 aprel