Konqoda yeni Ebola epidemiyası yayıldı: 80 ölü
Konqonun şərqində yerləşən İturi əyalətində yeni Ebola epidemiyası nəticəsində azı 80 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Xəstəlik ocaqları Rvampara, Monqvalu tibb zonalarında və əyalətin inzibati mərkəzi olan Buniya şəhərində qeydə alınıb. Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi 246 yoluxma halının aşkarlandığını bildirib.
Mütəxəssisləri xüsusilə narahat edən məqam aşkarlanan Bundibucyo ştamının Konqoda əvvəlki 16 epidemiyadan 15-nə səbəb olmuş Zair ştamından fərqlənməsidir. Mövcud vaksin və müalicə üsulları əsasən Zair ştamına qarşı hazırlanıb ki, bu da hazırkı epidemiya ilə mübarizəni çətinləşdirir.
Bundan əlavə, yoluxmanın yayıldığı ərazilər Uqanda və Cənubi Sudan sərhədlərinə yaxın yerləşir. Regionda əhali miqrasiyasının yüksək olması və aktiv mədən fəaliyyəti də vəziyyəti ağırlaşdırır.
Uqanda Səhiyyə Nazirliyi də eyni virus ştamına yoluxmuş Konqo vətəndaşının paytaxt Kampalada öldüyünü açıqlayıb. Bildirilib ki, yoluxma Konqodan gətirilib və hazırda yerli yayılma qeydə alınmayıb.
Bu epidemiya Ebola virusunun 1976-cı ildə ilk dəfə aşkarlandığı vaxtdan bəri Konqoda qeydə alınan 17-ci epidemiya hesab olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 477 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrDünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə
18 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrBöyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in məlumatına istinadən xəbər verir. Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib
18 sentyabrAleksandar Vuçiç Ukraynada səfərdədir
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək
18 sentyabr