KİV: Trampın komandasında İran məsələsinə görə fikir ayrılığı yaranıb
ABŞ Prezidenti Donald Trampın Administrasiyasında İranla bağlı gələcək addımlar məsələsində vahid mövqe yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Ağ Ev daxilində fikir ayrılığı Trampın Çinə səfərindən sonra daha da güclənib. Vaşinqton həmin səfərdən İran məsələsində irəliləyiş gözləyirdi.
CNN yazır ki, administrasiya nümayəndələrinin bir hissəsi, o cümlədən Pentaqon əməkdaşları İrana qarşı daha sərt yanaşmanı dəstəkləyir və hərbi zərbələri mümkün sayır. Digər rəsmilər isə ABŞ-nin İranla danışıqları davam etdirməsinin vacib olduğunu düşünürlər.
Mənbələrin sözlərinə görə, Tramp Hörmüz boğazının bağlı qalmasından narazıdır. Bildirilir ki, bu vəziyyət ABŞ-də neft və benzin qiymətlərinin artmasına səbəb olur.
"Prezident Tramp bütün variantları nəzərdən keçirir. Bununla belə, onun əsas üstünlük verdiyi yol diplomatiyadır", - deyə Ağ Evin mətbuat katibi Anna Kelli bildirib.
"The New York Times" isə mənbələrə istinadən ABŞ və İsrailin İrana qarşı mümkün yeni zərbələrə hazırlığı gücləndirdiyini yazıb.
Nəşrin məlumatına görə, Trampın komandası münaqişənin gərginləşəcəyi təqdirdə atılacaq addımlar, o cümlədən İranın hərbi obyektlərinə və infrastrukturuna daha sərt zərbələr endirilməsi ilə bağlı variantlar hazırlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 417 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrDünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə
18 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrBöyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in məlumatına istinadən xəbər verir. Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib
18 sentyabrAleksandar Vuçiç Ukraynada səfərdədir
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək
18 sentyabr