Uşaq ağlayanda valideyn nə etməlidir? - Rusiyalı psixoloq cavabladı
Çox vaxt uşaqların qışqırması və göz yaşları valideynlərdə ciddi narahatlığa səbəb olur. Lakin mütəxəssislər bildirirlər ki, belə hallarda böyüklər özlərini təqsirkar hiss etməməli və baş verənləri azyaşlının hisslərinin normal ifadəsi kimi qiymətləndirməlidirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Tibb" şəbəkəsinin psixoterapevti, tibb elmləri namizədi İrina Kraşkina "İzvestiya" nəşrinə açıqlamasında deyib.
Mütəxəssisin sözlərinə görə, valideynlərin yol verdiyi ən böyük səhv uşaq ağlamasını bir əzabın göstəricisi və ya öz bacarıqsızlıqları kimi qəbul etməkdir. Halbuki, azyaşlılar üçün göz yaşı tökmək qorxu və aşırı yorğunluq kimi kəskin hisslərlə başa çıxmağın ən təbii vasitəsidir.
Həkim qeyd edib ki, 4-5 yaşınadək uşaqlarda müşahidə edilən qəzəb tutmaları və ağlamaq psixi inkişafın sağlam tərkib hissəsi sayılır:
"Həmin yaş mərhələsində körpələr öz hisslərini tam nəzarətdə saxlamağı bacarmırlar. Məhz buna görə də böyüklərin əsas vəzifəsi bu emosiyaların qarşısını almaq deyil, əksinə, onların bu mərhələni güvən içində keçmələrinə dəstək olmaqdır".
Psixoterapevt bildirir ki, emosiyaların pik nöqtəsində uşaqlar heç bir izahata və məntiqi arqumentə məhəl qoymurlar. Belə vəziyyətdə valideynlər sadəcə övladlarının yanında olmalı, onlara güvəndə olduqlarını hiss etdirməli və bu şiddətli hisslərin səngiməsini gözləməlidirlər.
Ekspert diqqətə çatdırıb ki, azyaşlının yaşadıqlarını kiçiltmək və ya önəmsizləşdirmək daxili stresi gücləndirir və onda öz emosiyalarına qarşı şübhə yaradır.
"Bu cür hallarda böyüklərin psixoloji durumu mühüm rol oynayır. Əgər valideyn tez qıcıqlanırsa, bu, toplanmış yorğunluqdan, xroniki stresdən və emosional tükənmədən xəbər verir. Belə anlarda ən doğru addım uşaqla birbaşa münaqişəyə girməmək, əvəzində daxili sakitliyi bərpa etmək üçün özünə vaxt ayırmaqdır", - deyə mütəxəssis bildirib.
Sonda həkim böyüklərə qüsursuz valideyn olmaq xülyasından uzaqlaşmağı məsləhət görür. Çünki uşağın formalaşmasına təkcə böyüklərin addımları deyil, həm də onun yaş xüsusiyyətləri, fərdi xarakteri və ətraf mühit faktorları təsir edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi