"Azərbaycan isə son illər bütün bu istiqamətlərdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib" - AÇIQLAMA

"Azərbaycan isə son illər bütün bu istiqamətlərdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib" - AÇIQLAMA"Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu - WUF13 yalnız növbəti beynəlxalq tədbir deyil, bu, Azərbaycanın artan siyasi nüfuzunun, geostrateji çəkisinin və qlobal məsələlərin müzakirəsində fəal iştirakının mühüm göstəricisidir. Belə mötəbər platformanın məhz Bakıda təşkili onu göstərir ki, Azərbaycan artıq yalnız enerji və nəqliyyat layihələri ilə deyil, eyni zamanda dayanıqlı inkişaf, urbanizasiya, "yaşıl şəhər" konsepsiyası və müasir idarəetmə modelləri üzrə də etibarlı tərəfdaş kimi qəbul olunur".

Bu fikirləri Sonxeber.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, forumun əsas mahiyyəti sürətlə artan urbanizasiya fonunda şəhərlərin gələcəyi, insanların yaşayış keyfiyyəti, ekoloji təhlükəsizlik və sosial rifah məsələlərinin beynəlxalq səviyyədə müzakirəsindən ibarətdir:

"Müasir dünyada şəhərlər artıq yalnız inzibati məkan deyil, iqtisadiyyatın, innovasiyanın, texnologiyanın və sosial münasibətlərin əsas mərkəzinə çevrilib. Bu baxımdan Bakı Forumu həm regional, həm də qlobal əhəmiyyət daşıyan yeni yanaşmaların formalaşdırılması üçün mühüm platformadır.

Eyni zamanda, Azərbaycan üçün bu forumun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, ölkə postmünaqişə dövründə tamamilə yeni şəhərsalma modeli ortaya qoyur. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, yaşıl enerji zonalarının yaradılması, müasir infrastrukturun qurulması artıq dünyanın diqqətini cəlb edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma proqramları bir çox dövlətlər üçün nümunə kimi təqdim olunur. Bu mənada forum Azərbaycanın praktik təcrübəsini beynəlxalq auditoriyaya təqdim etmək baxımından mühüm imkan yaradır.

Düşünürəm ki, Bakının belə bir tədbirə ev sahibliyi etməsi həm də ölkəmizin təhlükəsizlik, sabitlik və beynəlxalq əməkdaşlıq məkanı kimi nüfuzunu daha da gücləndirir. Çünki bu cür forumlar təsadüfi ölkələrə həvalə edilmir. Burada həm təşkilati imkanlar, həm siyasi sabitlik, həm də beynəlxalq etimad əsas rol oynayır. Azərbaycan isə son illər bütün bu istiqamətlərdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.

Forumun iqtisadi tərəfi də xüsusi qeyd olunmalıdır. Belə beynəlxalq tədbirlər investisiya imkanlarının genişlənməsinə, yeni əməkdaşlıqların qurulmasına, şəhər infrastrukturu, tikinti, rəqəmsal texnologiyalar və nəqliyyat sektorlarına marağın artmasına səbəb olur. Eyni zamanda, Azərbaycanın turizm potensialının və müasir şəhər simasının təqdimatı baxımından da bu forum mühüm rol oynayır.

Digər mühüm məqam isə Azərbaycanın artıq qlobal gündəliyin formalaşmasına töhfə verən ölkələr sırasında yer almasıdır. Əgər əvvəllər Azərbaycan daha çox regional layihələrin təşəbbüskarı kimi çıxış edirdisə, bu gün ölkəmiz urbanizasiya, iqlim dəyişiklikləri, dayanıqlı inkişaf və humanitar əməkdaşlıq kimi beynəlxalq məsələlərin müzakirəsində də fəal rol oynayır. Bu isə dövlətimizin beynəlxalq nüfuzunun artmasının real göstəricisidir.

Hesab edirəm ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın siyasi, iqtisadi və diplomatik uğurlarının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu forum həm ölkəmizin müasir inkişaf modelini dünyaya nümayiş etdirir, həm də Azərbaycanın gələcəyin şəhərləri ilə bağlı qlobal baxışın formalaşmasında iştirak edən aparıcı dövlətlərdən birinə çevrildiyini göstərir", - deyə B. Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 723   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamını narahat edir

Prezident İlham Əliyev sentyabrın 15-ə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və eyni zamanda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans iştirakçıları olan Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbe

16 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident İlham Əliyevdən Ülvi Quliyevlə bağlı sərəncam

Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib

16 sentyabr