"Azərbaycan xalqı tarixən şəhəryaradan xalq olub" - Bəhruz Quliyev

"Azərbaycan xalqı tarixən şəhəryaradan xalq olub" - Bəhruz QuliyevŞəhərsalma fəlsəfəsi: keçmişə hörmət, gələcəyə rəğbət

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu - WUF13 sessiyası yalnız şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf fəlsəfəsinin nümayişidir. Prezident İlham Əliyev forumun açılış mərasimində etdiyi çıxışında həm tarixi yaddaşa söykənən, həm də gələcəyə hesablanmış mühüm tezislər səsləndirdi. Bu çıxış Azərbaycanın şəhərsalma siyasətinin ideoloji əsaslarını, strateji istiqamətlərini və qlobal baxışını ortaya qoydu.

Azərbaycan xalqı tarixən şəhəryaradan xalq olub

Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri Azərbaycan xalqının tarixən şəhəryaradan sivilizasiyaya məxsus olmasıdır. Bu fikir təsadüfi deyil. Çünki Azərbaycanın qədim şəhərləri - Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı və digər yaşayış məskənləri əsrlər boyu Şərq şəhərsalma mədəniyyətinin mühüm tərkib hissəsi olub. Bu şəhərlər yalnız inzibati və iqtisadi məkan deyil, həm də elm, ticarət, mədəniyyət və memarlıq mərkəzləri kimi formalaşıb. Azərbaycan şəhərlərində tarixən məhəllə sistemi, su infrastrukturu, karvansaralar, bazarlar, ibadət məkanları və ictimai həyat harmonik şəkildə inkişaf edib. Bu isə onu göstərir ki, Azərbaycan urbanizasiya prosesinə sonradan qoşulan deyil, əksinə, şəhər mədəniyyətini yaradan xalqlardan biridir.

Bu gün müasir Azərbaycanın həyata keçirdiyi şəhərsalma siyasəti də məhz həmin tarixi köklərə söykənir. Dövlət başçısının çıxışında verilən mesajlardan biri budur ki, Azərbaycan üçün urbanizasiya sadəcə betonlaşma və tikinti prosesi deyil, milli-mədəni kimliyin qorunması ilə inkişafın vəhdətidir.

XIX əsrdən başlayan urbanizasiya və bu gün

Prezident İlham Əliyev çıxışında XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələyə qədəm qoyduğunu xüsusi qeyd etdi. Bu dövr sənayeləşmə, xüsusilə neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Azərbaycanın, ilk növbədə isə Bakı şəhərinin yeni memarlıq və şəhərsalma siması qazanması ilə xarakterizə olunur.

Məhz həmin mərhələdə Bakıda Şərq və Qərb memarlıq üslublarının sintezi yarandı. Tarixi binalar, bulvarlar, inzibati və yaşayış kompleksləri inşa edildi. Ən mühüm məqamlardan biri isə modernləşmənin tarixi irsin məhv edilməsi hesabına deyil, onun qorunması prinsipi üzərində qurulması idi.

Bu siyasət müstəqillik dövründə daha sistemli və genişmiqyaslı xarakter aldı. Son illərdə Bakının və regionların simasının dəyişməsi, parkların, yeni yaşayış massivlərinin, yol-nəqliyyat infrastrukturunun, sosial obyektlərin yaradılması dövlətin uzunmüddətli urbanizasiya strategiyasının nəticəsidir. Azərbaycanın yeni inkişaf modeli göstərir ki, müasir şəhərsalma yalnız binaların tikilməsi deyil, əsas məqsəd insan üçün rahat, təhlükəsiz, ekoloji balansı qoruyan və milli kimliyi yaşadan mühit formalaşdırmaqdır.

Müasir şəhərsalmada İlham Əliyev və Mehriban Əliyeva faktoru

Azərbaycanda həyata keçirilən şəhərsalma siyasətinin bünövrəsində və inkişaf prosesində İlham Əliyevin siyasi iradəsi və Mehriban Əliyeva tərəfindən həyata keçirilən humanitar-mədəni layihələr xüsusi rol oynayır. Son illərdə paytaxt Bakıda və bölgələrdə aparılan geniş abadlıq-quruculuq işləri, tarixi abidələrin bərpası, park və bulvarların salınması, sosial infrastrukturun yenilənməsi dövlətin bu sahəyə strateji yanaşmasının göstəricisidir.

Bakıda və regionlarda yeni avtomobil yolları, körpülər, tunellər, metro stansiyaları, yaşayış massivləri, park və bulvarlar yaradılıb. Paytaxt Bakının siması tamamilə yenilənib. Xüsusilə, Bakı Bulvarının genişləndirilməsi, Ağ Şəhər layihəsi, yeni park kompleksləri, ictimai məkanların yaradılması şəhərsalma siyasətinin mühüm nəticələri hesab edilir. Yasamal rayonunda salınmış meşə tipli park da bu siyasətin nümunələrindəndir. Layihə çərçivəsində uzun illər zəbt olunmuş ərazilər dövlət fonduna qaytarılıb və şəhər sakinlərinin istifadəsinə verilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində ölkənin müxtəlif bölgələrində yeni şəhər və qəsəbə infrastrukturu formalaşdırılıb, kəndlər müasir standartlara uyğun yenilənib, nəqliyyat və kommunal sistemlər tamamilə yenidən qurulub. Bu proqramlar nəticəsində rayon mərkəzləri yenidən qurulub, kənd yolları çəkilib, şəhər infrastrukturu müasirləşdirilib, yeni sosial obyektlər istifadəyə verilib. Beləliklə, urbanizasiya yalnız Bakı ilə məhdudlaşmayaraq bütün ölkəni əhatə edən prosesə çevrilib.

Mehriban Əliyeva Azərbaycanın humanitar və mədəni siyasətində mühüm rol oynayan dövlət xadimidir. Onun təşəbbüsləri şəhərsalma siyasətinə, xüsusilə mədəni irsin qorunması və sosial-humanitar layihələr baxımından böyük təsir göstərib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən tarixi abidələr, məscidlər, muzeylər, məktəblər və mədəniyyət ocaqları bərpa olunub. Xüsusilə Şuşadakı tarixi abidələrin yenidən qurulması, qədim məscidlərin bərpası, milli memarlıq nümunələrinin qorunması şəhərsalma siyasətinə mədəni dəyər qazandırıb. Tarixi dini və memarlıq abidələrinin bərpası, mədəniyyət ocaqlarının yenidən qurulması urbanizasiya ilə milli-mənəvi dəyərlərin uzlaşdırılmasının nümunəsidir.

Bu təşəbbüslər urbanizasiyanın yalnız texniki deyil, həm də milli-mənəvi əsaslar üzərində qurulduğunu göstərir. Mehriban Əliyevanın təşəbbüsü ilə məktəblər, xəstəxanalar, uşaq bağçaları və reabilitasiya mərkəzləri tikilib və yenidən qurulub. Bu layihələr şəhərsalmanın insan yönümlü modelinə xidmət edir. Müasir şəhər anlayışında yalnız memarlıq deyil, sosial rifah da əsas prioritet sayılır.

Qarabağ və Şərqi Zəngəzur: yeni şəhərsalma modeli

Prezident İlham Əliyevin WUF13-də xüsusi vurğuladığı istiqamətlərdən biri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən layihələr təkcə Azərbaycanın deyil, dünyanın diqqətlə izlədiyi ən böyük şəhərsalma proqramlarından biridir. Otuz il ərzində Ermənistan tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması prosesi indi "ağıllı şəhər", "ağıllı kənd", yaşıl enerji və müasir urbanizasiya prinsipləri əsasında həyata keçirilir.

Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər yaşayış məntəqələrində aparılan quruculuq işləri göstərir ki, Azərbaycan postmünaqişə dövründə şəhərsalmanın tamamilə yeni modelini yaradır. Bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada bərpa yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Məqsəd insanların doğma torpaqlarına təhlükəsiz, layiqli və dayanıqlı şəkildə qayıdışını təmin etməkdir. Eyni zamanda, ekoloji balansın qorunması, rəqəmsal idarəetmə, yaşıl enerji və milli memarlıq ənənələrinin tətbiqi bu prosesi unikal edir.

Azərbaycan qlobal təhlükəsizlik və dialoq platforması kimi

WUF13 forumunun Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş və təhlükəsiz beynəlxalq platforma statusu qazanıb. Dünyanın müxtəlif bölgələrində müharibələrin, geosiyasi qarşıdurmaların və təhlükəsizlik böhranlarının dərinləşdiyi bir zamanda Azərbaycanın COP29 və WUF13 kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.

Bu, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasətin nəticəsidir. Azərbaycan bu gün Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi və humanitar körpü rolunu oynayır.

Bakının beynəlxalq forumların keçirildiyi mərkəzə çevrilməsi onu göstərir ki, Azərbaycan yalnız enerji və nəqliyyat layihələri ilə deyil, eyni zamanda qlobal ideya və dialoq platforması kimi də öz mövqeyini gücləndirir.

İnsan amili və dayanıqlı inkişaf

Prezident İlham Əliyevin WUF13-dəki çıxışı Azərbaycanın şəhərsalma siyasətinin fəlsəfəsini aydın şəkildə ortaya qoydu. Bu siyasətin əsasında tarixə hörmət, milli kimliyin qorunması, müasir texnologiyaların tətbiqi, insan amili və dayanıqlı inkişaf dayanır. Azərbaycan bu gün qədim şəhəryaratma ənənələrini müasir urbanizasiya konsepsiyası ilə birləşdirərək dünyanın diqqətini çəkən yeni inkişaf modeli formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri isə artıq beynəlxalq miqyasda öyrənilən və maraq doğuran unikal təcrübəyə çevrilməkdədir.

WUF13 forumundan verilən əsas mesaj budur ki, "Azərbaycan yalnız şəhərlər qurmur, gələcəyin təhlükəsiz, dayanıqlı və humanist inkişaf modelini inşa edir". Azərbaycan dayanıqlı inkişaf, postmünaqişə urbanizasiya modeli, ağıllı şəhər konsepsiyası və yaşıl enerji infrastrukturu sahələrində beynəlxalq təcrübə təqdim edən ölkələrdən birinə çevrilir. Azərbaycan dövlətinin şəhərsalma siyasəti son illərdə ölkənin inkişaf modelinin əsas sütunlarından biri kimi formalaşıb. İlham Əliyev tərəfindən müəyyən edilən strateji xətt müasir urbanizasiya, iqtisadi inkişaf və sosial rifah prinsiplərinə əsaslanır. Mehriban Əliyeva isə humanitar təşəbbüsləri, mədəni irsin qorunması və sosial layihələri ilə bu siyasətə mühüm töhfələr verir.

Bu gün Azərbaycan şəhərləri yalnız memarlıq baxımından deyil, həm də funksionallıq, ekologiya, sosial rifah və milli kimliyin qorunması baxımından yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri isə Azərbaycanın gələcək urbanizasiya modelinin əsas simvolu hesab edilir.

Bəhruz Quliyev, Səs qəzetinin baş redaktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 611   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın genişləndiyini göstərir

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini rəhbərlərinin VII görüşünün keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın dini-mənəvi və mədəni istiqamətdə tədricən institusional xarakter aldığını göstərir. TDT çərçivəsində artıq müsəlman dini idarələrinin rəhbərləri Şurasının fəaliyyə

16 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamını narahat edir

Prezident İlham Əliyev sentyabrın 15-ə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və eyni zamanda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans iştirakçıları olan Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbe

16 sentyabr