"Eşref Rüya" Çağatayın sevgilisinə görə bitir?

"Eşref Rüya" Çağatayın sevgilisinə görə bitir?"Kanal D"nin reytinqli layihələrindən olan, baş rollarını Çağatay Ulusoy və Demet Ozdemirin paylaşdığı "Eşref Rüya" serialının qəfil final qərarı ilə bağlı bir sıra iddialar ortaya atılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, layihənin yüksək istehsal xərcləri səbəbindən ekranlara vida edəcəyi iddiaları müzakirələrə səbəb olub.

Həmçinin, serialın çəkiliş prosesi ilə bağlı yeni iddialar da gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan məlumatlarda Çağatay Ulusoyun sevgilisi, aktrisa Aslıhan Malbora ilə bağlı qısqanclıq iddiaları irəli sürülüb. Bu iddialarda çəkiliş meydançasında gərginlik yaşandığı və vəziyyətin serialın gedişatına təsir etdiyi qeyd olunub.

İddialara münasibət bildirən Aslıhan Malbora yayılan xəbərləri təkzib edib.

"Bunu kimin dediyini gördüm, bir səlahiyyətli şəxsdən soruşun, cavab alacaqsınız. İnsanlar daha pis və kinli olublar, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, yəqin ki, belə böyük məsələlərə qarışa bilmərəm", o qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 750   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elnarə Xəlilova da iynə ilə arıqlayır

Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib

12 sentyabr
.

"Mənim yeganə övladım olaraq qalacaqsan"

Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiaqonun doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi onunla bağlı paylaşımında onun hər zaman özünün yeganə övladı olaraq qalacağını vurğulayıb. "Kaş bu dünya dəyişməsəydi, sə

5 sentyabr
.

Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO

Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub

5 sentyabr
.

"Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım" - VİDEO

Yalovada 6-cı mərtəbədən yıxılaraq həyatını itirən türkiyəli müğənni "Güllü"nün (Gül Tut) ölümü ilə bağlı istintaqda yeni detallar ortaya çıxıb. "Qafqazinfo"a istinadla xəbər verir ki, istintaq çərçivəsində müğənninin qızı Tuğyan Ülkem Gülter həbs edilərkən, hadisənin yeganə şahid

6 sentyabr
.

Gülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı

Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"

14 sentyabr
.

"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi

Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır

18 sentyabr
.

"Blogerlər tələbəyə nə öyrədəcək?" - Universitetlərə səsləndi

Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb. O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsi

29 avqust
.

Məşhur türk müğənni yaşını 4 yaş azaldıb

Türkiyəli məşhur müğənni və aparıcı Seda Sayan barədə maraqlı məlumat diqqət çəkib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı sənətçi yaşını məhkəmə qərarı ilə 4 yaş azaldıb. Sedanın şəxsiyyət vəsiqəsində 1959-cu il olan təvəllüdü 1962 olaraq dəyişdirilib. Onun qərarı izləycilər arasınd

30 avqust
.

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Meksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərini

4 sentyabr