"Formula-1" əfsanəsinin EVİNƏ BASQIN EDİLİB - Başından xəsarət alıb
"Formula-1"in dördqat çempionu, fransalı Alen Prost İsveçrənin Nion şəhərindəki evinə basqın zamanı başından xəsarət alıb.
Oxu.Az "Blick" nəşrinə istinadən xəbər verir ki, quldur hücumu mayın 19-da səhər saatlarında baş verib.
Maska taxmış naməlum şəxslər avtopilotun evinə soxulublar, yaranan əlbəyaxa dava zamanı o, kəllə-beyin travması alıb. Prostun oğlu zorakılıq hədəsi altında ailəyə məxsus seyfi açmağa məcbur edilib. Konkret nələrin oğurlandığı barədə hələlik heç bir məlumat verilmir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən genişmiqyaslı araşdırma aparılır. Cinayətkarların xaricə qaça biləcəyi ehtimal edildiyi üçün işə Fransa polisi də cəlb olunub.
Xatırladaq ki, Prost "Formula-1" üzrə on üç çempionatın iştirakçısı, dördqat dünya çempionu (1985, 1986, 1989, 1993) və turnirin dördqat vitse-çempionudur. Avtopilot karyerasını başa vurduqdan sonra o, 1997-2001-ci illərdə fəaliyyət göstərən, lakin elə də ciddi uğur qazana bilməyən özünün "Prost Grand Prix" komandasını yaratmışdı.
Alen Prost bütün tarix boyu "Formula-1"in ən yaxşı pilotlarından biri hesab olunur. Özünün səliqəli idarəetmə tərzi və dəqiq hesablanmış yarış strategiyasına görə o, idman dünyasında "Professor" ləqəbini qazanıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 390 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq
17 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrZubir klubsuz qaldı
"Qarabağ"la yollarını ayıran Abdullah Zubir transfer olunduğu Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubunda çıxış edə bilməyəcək. "Qafqazinfo" xəbər verir ki, hazırkı klubu "Əl-Uruba" maliyyə təminatını verə bilmədiyindən futbolçu qeydiyyatdan keçirilməyib. Bildirili
9 sentyabr"Qalatasaray" üç futbolçusunu komandadan göndərir
Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin
13 sentyabrÇempionlar Liqası: "Qalatasaray" "Sportinq"lə qarşılaşacaq
UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutacaq. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olacaq. Günün maraqla gözlənilən görüşlərində
9 sentyabr"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb
"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub
10 sentyabrAzərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11 sentyabr