"Azərbaycan Xalq Cümhuriyyəti hər hansı siyasi partiyanın deyil, bütöv Azərbaycan xalqının dövlətçilik tarixidir" - AÇIQLAMA

"Azərbaycan Xalq Cümhuriyyəti hər hansı siyasi partiyanın deyil, bütöv Azərbaycan xalqının dövlətçilik tarixidir" - AÇIQLAMA"1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının min illərlə formalaşmış dövlətçilik təfəkkürünün siyasi müstəvidə yenidən təcəssümü idi. Bu hadisə yalnız Qafqaz regionu üçün deyil, bütün müsəlman Şərqi üçün tarixi dönüş nöqtəsi sayılırdı. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli demokratik respublika idi", - bunları Sonxeber.az -a danışan "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib:

Cümhuriyyətin yaranması sübut etdi ki, Azərbaycan xalqı yalnız milli kimliyini qoruyan xalq deyil, eyni zamanda müasir dövlət qurmaq iradəsinə malik siyasi şüurlu yetkin millətdir. O dövrdə dünyanın bir çox ölkələrində qadınlara seçki hüququ verilmədiyi halda, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçmək və seçilmək hüququ verdi. Bu fakt özü həmin dövlətin nə qədər müasir düşüncəyə sahib olduğunu göstərirdi.
Azərbaycanın üçrəngli bayrağı, parlamenti, ordusu, milli valyutası və diplomatik korpusu formalaşdırıldı. Bütün bunlar qısa müddətdə həyata keçirilmişdi. Ağır beynəlxalq vəziyyətə, iqtisadi çətinliklərə və xarici təzyiqlərə baxmayaraq, Cümhuriyyət milli dövlət modelinin əsaslarını yaratmağa nail oldu.

Tarixi Müsavat və indiki Müsavat arasında fərq

Bu gün bəzi dairələr Azərbaycan Xalq Cümhuriyyətinin tarixini yalnız bir siyasi təşkilatın adına bağlamağa çalışırlar. Halbuki tarixi reallıq tamamilə fərqlidir.
XX əsrin əvvəllərində fəaliyyət göstərən Müsavat Partiyası milli istiqlal hərəkatının tərkib hissəsi idi. O dövrdə siyasi təşkilatlar bugünkü klassik partiya modeli ilə fəaliyyət göstərmirdi. Onların əsas məqsədi dövlət qurmaq, milli kimliyi qorumaq və imperiya əsarətindən qurtulmaq idi.
Müasir dövrdə fəaliyyət göstərən Müsavat isə tam fərqli siyasi şəraitdə mövcuddur. Tarixi Müsavat dövlət yaradan siyasi hərəkat idi, indiki Müsavat isə 1992-ci ilin may ayında artıq mövcud olan müstəqil Azərbaycanda hakimiyyəti zorla ələ keçirmiş və idarə edə bilməyərək qoyub qaçan partiyadır. Bu gün də formalaşmış dövlət daxilində fəaliyyət göstərən müxalifət partiyalardan biridir. Tarixi missiya, siyasi yük, ideologiya və milli məsuliyyət tamamilə fərqlidir.
Buna görə də Azərbaycan Xalq Cümhuriyyətini hər hansı siyasi partiyanın mülkiyyəti kimi təqdim etmək tarixi baxımdan düzgün yanaşma deyil. Xusilə qeyd etmək lazımdır ki, o dövrki Müsavatla bugünki arasında heç bir tarixi, siyasi, ideoloji bağlılıq yoxdur. Bunların hər hansı formada bağlılığını və varisliyini dilə gətirmək, ya da əsaslandırmağa cəhd etmək, ən azı Azərbaycan tarixinə hörmətsizlikdir.

Cümhuriyyət bütöv xalqın tarixidir

1920-ci ildə böyük imperiya olan bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Lakin dövlət süqut etsə də, milli dövlətçilik ruhu məhv olmadı.
Sovet hakimiyyəti illərində milli kimliyin qorunması olduqca çətin idi. Buna baxmayaraq, Azərbaycan xalqı öz dilini, mədəniyyətini və milli düşüncəsini qoruyub saxladı.

Müstəqilliyin strateji bünövrəsi

Heydər Əliyev Azərbaycan tarixində dönüş yaradan ən böyük şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti yalnız bir dövrün rəhbərliyi ilə məhdudlaşmır. Heydər Əliyev strateji dövlətçilik məktəbi yaratmış lider idi.
SSRİ dövründə Azərbaycan ittifaq daxilində ən geridə qalan respublikalardan biri idi. Heydər Əliyevin rəhbərliyi dövründə isə Azərbaycan sənaye, kənd təsərrüfatı, elm və təhsil sahələrində böyük inkişaf yolu keçdi.
Ən mühüm məqam isə milli kadr siyasəti idi. O, minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərinə və hərbi akademiyalarına göndərilməsinə nail oldu. Bu addımlar gələcək müstəqil Azərbaycanın intellektual və idarəçi potensialını formalaşdırdı.
Əslində müstəqil Azərbaycanın görünməyən bünövrəsi hələ sovet dövründə qoyulurdu.

20 Yanvar -Azadlıq iradəsinin qırılmayan simvolu

20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qanlı, lakin şərəfli səhifəsidir.
Sovet ordusunun Bakıya daxil olaraq dinc əhaliyə qarşı törətdiyi qətliam Azərbaycan xalqının iradəsini qırmaq məqsədi daşıyırdı. Lakin əksinə oldu. 20 Yanvar xalqın azadlıq əzmini daha da gücləndirdi.
Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev SSRİ rəhbərliyinə qarşı açıq mövqe nümayiş etdirərək bu cinayəti pislədi. Bu addım o dövr üçün böyük siyasi cəsarət idi.

Xocalı soyqırımı və dövlət zəifliyinin ağır nəticələri

Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir.
Bu hadisə yalnız Ermənistanın hərbi cinayəti deyil, həm də həmin dövrdə Azərbaycanda mövcud olan idarəetmə böhranının ağır nəticəsi idi. Dövlət institutlarının zəifliyi, siyasi qarşıdurmalar və koordinasiyasızlıq faciənin miqyasını daha da artırdı. 1992-ci ildə AXC-Müsavat cütlüyü məhz bu cür faciələrdən bəhrələnərək hakimiyyətə gəldikdən sonra Azərbaycanda ciddi siyasi böhran daha da dərinləşdi.
Hakimiyyət daxilində parçalanmalar, idarəetmədə təcrübəsizlik, silahlı dəstələrin nəzarətsiz fəaliyyəti və regionlarda separatçı meyllər ölkəni, faktiki olaraq, vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu.
İqtisadiyyat çökmüşdü, ordu nizamsız vəziyyətdə idi, torpaqlar işğal olunurdu. Xarici siyasətdə isə qeyri-müəyyənlik hökm sürürdü.
1993-cü ildə Gəncə hadisələri artıq dövlətin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığını göstərdi.

Heydər Əliyev - Azərbaycanın xilaskarı

Belə bir ağır şəraitdə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı.
Bu qayıdış sadəcə siyasi dəyişiklik deyildi. Bu, dövlətin xilası idi.
Heydər Əliyev qısa müddətdə ölkədə sabitlik yaratdı, separatizmin qarşısını aldı, ordu quruculuğuna başladı və dövlət institutlarını formalaşdırdı.
1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoydu. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə Azərbaycanda hüquqi dövlət modeli formalaşdırıldı.
Çoxpartiyalı sistem, söz azadlığı, vətəndaş hüquqları və dövlət institutlarının formalaşdırılması müasir Azərbaycan dövlətinin əsaslarını müəyyən etdi.
Bu dövrdə milli dövlətçilik anlayışı yalnız siyasi müstəqillik deyil, hüquqi və institusional idarəçilik modeli üzərində quruldu.

İlham Əliyev - Suveren Azərbaycanın banisi

İlham Əliyev rəhbərliyə gəldikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə daxil oldu. Ölkənin idarəetməsində yeni qaydalar tətbiq olundu, iqtisadi gücü artdı, enerji layihələri reallaşdırıldı, beynəlxalq nüfuz genişləndi və ordu modernləşdirildi. Beləliklə, Azərbaycan artıq regionun siyasi və iqtisadi lider dövlətinə çevrildi. Qeyd etməliyik ki, bu gün Azərbaycan "Qalib Dövlət", "Qalib Xalq" statusuna yüksəlib.
44 günlük Vətən müharibəsi Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 30 illik işğala son qoydu.
Bu Zəfər yalnız hərbi uğur deyildi. Bu, milli qürurun, dövlət iradəsinin və strateji liderliyin təntənəsi idi. Məhz buna görə də İlham Əliyev Azərbaycanın ilk qalib Ali Baş Komandanı və Fatehi kimi tarixə düşdü.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın yeni inkişaf modelini göstərir.
Ağıllı şəhərlər, müasir infrastruktur, beynəlxalq hava limanları və strateji layihələr Azərbaycanın yeni suveren dövlət modelini formalaşdırır.

Cümhuriyyət dövlətimizin tarixidir

Azərbaycan Xalq Cümhuriyyəti hər hansı siyasi partiyanın deyil, bütöv Azərbaycan xalqının dövlətçilik tarixidir.
Ona sahib çıxmaq dövlətin, xalqın və gələcək nəsillərin borcudur.
Bu gün müstəqil Azərbaycan məhz Cümhuriyyət ideyalarının, Heydər Əliyev dövlətçilik məktəbinin və İlham Əliyevin qurduğu yeni suverenlik strategiyasının nəticəsidir.
Azərbaycanın keçdiyi yol sübut edir ki, güclü dövlət yalnız tarixi yaddaş, milli birlik və qüdrətli liderlik üzərində qurula bilər.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 447   Tarix: 25 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021