Messi DÇ-2026-dan kənarda qala bilər
Argentina millisinin lideri Lionel Messi zədə səbəbilə qarşıdakı futbol üzrə dünya çempionatında iştirakını risk altına sala bilər.
Qaynarinfo xəvər verir ki, məlumatı "TyC Sports" yayıb.
Bildirilir ki, "Inter Mayami"nin ulduz futbolçusu MLS-də "Filadelfiya Union"a qarşı oyunda start heyətdə meydana çıxıb və iki məhsuldar ötürmə edib. Lakin 73-cü dəqiqədə o, sol bud arxa əzələsində ağrı hiss edərək oyunu tərk edib və özü əvəzlənməyi xahiş edib.
Matçdan sonra aparılan ilkin tibbi müayinədə ciddi əzələ qırığı aşkar edilməyib. Klub baş məşqçisinin sözlərinə görə, Messi turnir öncəsi riskə getməmək üçün meydanı tərk edib.
Qeyd edək ki, bu dünya çempionatı Messi üçün rekord sayda - altıncı iştirak ola bilər. Bu göstərici ilə o, Kriştiano Ronaldo və Guillermo Oçoa ilə birgə rekordçular sırasında yer alır.
Eyni zamanda Messi dünya çempionatlarında Argentina millisinin heyətində 13 qol vurub və bu göstəricidə Mirozlav Klozeyə çatmaq üçün cəmi 3 qol geridədir.
Xatırladaq ki, 2022-ci ildə Messi başda olmaqla Argentina millisi Fransa ilə finalda penaltilər seriyasında qalib gələrək dünya çempionu olmuşdu. Bu, Argentina üçün üçüncü, Messi üçün isə ilk dünya çempionluğu idi.
Turnirdə Argentina J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 566 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy
11 sentyabrAzərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrFrenki de Yonq qışda "Barselona"dan ayrıla bilər
Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə
10 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabrNaxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
16 sentyabr"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb
"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub
10 sentyabr"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır
18 sentyabr