Ferrari-nin bu modelini Roma Papası özü sınadı

Ferrari-nin bu modelini Roma Papası özü sınadıRoma Papası Pope Leo XIV Ferrarinin yeni tam elektrik superkarını idarə edən ilk şəxslərdən biri olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, sınaq papaların yay iqamətgahı olan İtaliyanın Castel Gandolfo şəhərində baş tutub.

Pontifikə mavi çalara malik "Luce" modeli təqdim olunub. Şirkət rəhbərliyi, o cümlədən prezident Con Elkann avtomobilin xüsusiyyətləri barədə şəxsən məlumat verib.

Sükan arxasına keçən Papa "Bu, Ferrari-nin ilk dördqapılı avtomobilidir?" sualını verib. Qonaqlar isə cavabında bildiriblər ki, bu model brend tarixində ilk beşyərlik avtomobildir. Vatikan rəhbərinə hədiyyə olaraq isə avtomobilin özü deyil, yalnız sükanı təqdim edilib.

Ferrari-nin ilk elektromobilinin təqdimatı mayın 26-da baş tutub. Lakin bazarın reaksiyası birmənalı olmayıb. Şirkətin səhmləri 8 faizdən çox ucuzlaşıb və bu, təxminən 5 milyard avro dəyər itkisinə səbəb olub.

"Corriere della Sera"nın hesablamasına görə, bu məbləğ hər biri təxminən 550 min avro dəyərində olan 9 min yeni elektromobilin qiymətinə bərabərdir. Müqayisə üçün qeyd olunur ki, daxiliyanma mühərrikli ən bahalı Ferrari modelinin qiyməti 460 min avronu keçmir.

Bununla belə, şirkət elektromobili kütləvi satış məhsulu kimi deyil, daha çox prestij və status simvolu hesab etdiyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1344   Tarix: 27 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub

Kolumbiyada Çoko departamentinin Kondoto şəhərindən Boqotadakı Quaymaral hava limanına uçuş zamanı qəzaya uğrayan Cessna T206 təyyarəsi tapılıb. Təyyarədə olan beş nəfərin hamısı həlak olub. xəbər verir ki, bu barədə 16 sentyabrda ölkə prezidenti Abelardo de la Esperanza X sosial şəbəkəsində məluma

17 sentyabr
.

Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı

Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri

17 sentyabr
.

Seul Hörmüz boğazına hərbçi göndərməyəcək

Cənubi Koreya ordusunu Hörmüz boğazına göndərməyəcək. xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib. "Qoy aydın olsun. Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq", - deyə Li Ce-myen cümə günü Ryeonghap agentliyinin keçirdiy

18 sentyabr
.

Toqo bayrağı altında üzən tanker Hörmüz boğazında yanğına səbəb olub

Toqo bayrağı altında üzən Trend tankeri Hörmüz boğazından icazəsiz keçməyə cəhd edib, daha sonra yanğın səbəbindən zədələnib və dayanıb. xəbər verir ki, agentliyin Telegram kanalında deyilir: "Dünən gecə Toqo bayrağı altında üzən Trend tankeri qanunsuz olaraq Hörmüz boğazından keçməyə cəhd edi

18 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 103,68 dollara düşdü

Neftin qiyməti cümə səhəri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,14 dollar (1,09 faiz) az, bir barel üçün 103,68 dollara satılır. Cümə axşamı isə onlar 1,01 dollar (0,95 faiz) azalara

18 sentyabr
.

Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır

ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə

15 sentyabr
.

Bu ölkədə 10 avroya dağ havası satılır

Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı

15 sentyabr
.

Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın

16 sentyabr
.

Təkcə göydələnlər deyil: Az adamın bildiyi başqa Dubayı harada görmək olar?

Dubay nəhəng göydələnləri, dəbdəbəli ticarət mərkəzləri və bahalı restoranları ilə assosiasiya olunur. Lakin əmirliyin parlaq fasadının arxasında tarixi məhəllələr, qədim qayıqlar və küçə yeməkləri də gizlənir. Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdəki gərgin vəziyyətə baxmayaraq, Dubayda həyat adi ritmd

17 sentyabr