Dünya turuna çıxan fransız ailə velosipedlə Konyaya çatdı

Dünya turuna çıxan fransız ailə velosipedlə Konyaya çatdıFransadan velosipedlə dünya səyahətinə çıxan beş nəfərlik ailə Türkiyə marşrutu çərçivəsində Konyaya çatıb.

Sonxeber.az xəbər verir ki, Tomas və Estel Dalmayrak cütlüyünün üç övladı ilə birlikdə həyata keçirdiyi səyahət Avropa və Şimali Afrika ölkələrini əhatə edir. Ailə 2025-ci ilin avqustunda Fransadan yola düşüb.

Təxminən üç həftə əvvəl Türkiyəyə daxil olan səyahətçilər Fethiyə, Pamukkale, Burdur, Tuz Gölü bölgəsi və Beyşehirdən keçərək Konyaya qədər velosiped sürüblər. Onların Türkiyədəki növbəti dayanacağının Kapadokiya olacağı bildirilir.

Dalmayrak ailəsi səyahət zamanı yay fəslinin ən isti dövrünü İrlandiyada keçirib, daha sonra bərə ilə İspaniyaya, oradan isə Portuqaliyaya yollanıb. Ailə Milad bayramını Mərakeşdə qeyd edib. Onlar Atlas dağlarının cənubunda yerləşən Aqadirdən Zaqoraya qədər velosipedlə hərəkət etdikdən sonra marşrutlarını şimala doğru davam etdiriblər.

Səyahət daha sonra Sardiniya və Yunanıstan üzərindən Türkiyəyə qədər uzanıb.

Tomas Dalmayrak Türkiyədə insanların qonaqpərvərliyindən böyük məmnunluq duyduqlarını bildirib.

Qeyd edək ki, Dalmayrak cütlüyü uzunmüddətli velosiped səyahətlərinə hələ 2014-cü ildə, övlad sahibi olmamışdan əvvəl başlayıb. Həmin vaxt onlar Fransadan İstanbula qədər velosipedlə gedib, daha sonra Banqkoka uçaraq Tailand, Kamboca, Laos, Vyetnam, Çin, Monqolustan və Rusiya üzərindən yenidən Fransaya qayıdıblar.

Ailə "Təkərə doğru" adlandırdıqları yeni layihə ilə aşağı karbon emissiyalı səyahəti təşviq etməyi, dünyanı kəşf etməyin alternativ yollarını nümayiş etdirməyi və ailəvi velosiped səyahətlərinin təcrübəsini paylaşmağı qarşıya məqsəd qoyub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 479   Tarix: 01 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd

6 sentyabr
.

3 aylıq körpə anasının qucağından yıxılıb öldü

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind

7 sentyabr
.

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin

11 sentyabr
.

İtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO

Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar

9 sentyabr
.

Ağlayan qadının şikayəti böyük dələduzluq şəbəkəsini üzə çıxardı - 2 milyonluq köçürmənin qarşısı alındı - VİDEO

Türkiyənin Samsun şəhərində polis əməkdaşlarının ağlayan bir qadını görərək onunla maraqlanması nəticəsində böyük dələduzluq işi üzə çıxıb. Özlərini polis və prokuror kimi təqdim edən şəxslərin qadının evini satdıraraq 2 milyon 329 min lirəsini ələ keçirdiyi müəyyənləşib. xarici mediaya istinadla xəbə

17 sentyabr
.

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Qasım Maqsudovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhimə 1 00 manat cərimə cəzası təyin edilib. İttiham

10 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

İtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO

Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki

15 sentyabr
.

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə

12 sentyabr