Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi tədbiri keçiriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi tədbiri keçiriləcəkİyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.

Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri və logistika şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Bu sənədlə BTQ dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.

2024-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.

5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.

Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 178   Tarix: 01 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Yeni universitet, ölkəmizin modern təhsil xəritəsində tamamilə yeni bir intibahın təməlini qoyur" - AÇIQLAMA

Azərbaycanda yeni universitet yaradılacaq. Sözügedən məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-30-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb. Təhsi

1 iyun
.

Psixoloq: "Qısa videolar diqqəti məhv etmir, sadəcə vərdişləri dəyişir" - AÇIQLAMA

"Qısa videolar diqqət müddətini məhv edir" fikri, əvvəlcə araşdırmalar məsələsini nəzərə alsaq, sübut olunmuş elmi fakt deyil. Qısa videolar adətən bir neçə saniyədən bir yeni stimul təqdim edir". Bunu -a psixoloq Samirə Bağırova danışıb. O, açıqlamasında qeyd edib ki, tez-tez dəyişə

1 iyun
.

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. xəbər verir ki

31 may
.

MTN generalı vəfat etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, general-mayor 71 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-nin rəisi Eldar Mahmudovun sağ əli kimi tanınıb

1 iyun
.

Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO

Bakıda bir xanıma 5001 ədəd qızılgül hədiyyə edilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, kadrlarda diqqət çəkən məqamlardan biri də hədiyyənin sahibinin kimliyi olub. Həmin xanımın şəxsiyyəti sosial media istifadəçilərində maraq doğurub və bununla bağlı müxtəlif ehtimalla

1 iyun
.

Gənc qız anasının illərlə ona psixoloji travma yaşatdığını iddia edib: "Evdən qaçacağam"

Sosial şəbəkələrdə yayılan video geniş rezonans doğurub. Fiziki məhdudiyyətli gənc qız anasının illərdir ona qarşı laqeyd davrandığını, psixoloji təzyiq göstərdiyini və uşaqlıqdan etibarən ağır travmalar yaşatdığını iddia edib. xarici mediaya istinadla xəbər verir ki, videoda göz yaşları içində danışa

1 iyun
.

Azərbaycanda məktəblər gözləniləndən TEZ BAĞLANACAQ - TARİX AÇIQLANDI

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində bu il dərs ili 2 gün tez başa çatacaq. -a istinadla xəbər verir ki, iyun ayının 13-ü şənbə, 14-ü isə bazar gününə təsadüf etdiyindən sonuncu dərs günü iyunun 12-si olacaq. Qeyd edək ki, ölkədə dərs ili ənənəvi olaraq sentyabrın 15-də başlayır v

30 may
.

Qubada məktəbli qızın meyiti tapıldı

Qubanın Alekseyevka kəndində 15 yaşlı məktəbli qızın meyiti aşkarlanıb. "Qafqazinfo" Shimal.News-a istinadən xəbər verir ki, hadisə mayın 29-da baş verib. Belə ki, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Rabiyyə Abdullayevanın meyiti yaşadığı evdə tapılıb

1 iyun
.

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Mayın 31-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-10

30 may