Piyada vuruldu: Sürücü yaralıya yox, avtomobilinə baxdı - VİDEO
İstanbulda baş verən yol-nəqliyyat hadisəsi ictimaiyyətin ciddi narazılığına səbəb olub. Belə ki, səkidə hərəkət edən vətəndaş arxadan gələn lüks markalı avtomobilin vurması nəticəsində zədə alıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisədən sonra sürücünün davranışı isə etirazla qarşılanıb. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə sürücünün yerdə yaralı vəziyyətdə qalan piyadaya kömək etmək əvəzinə avtomobildən düşərək nəqliyyat vasitəsində yaranan zədələri yoxladığı görünür. Kadrlarda onun avtomobilin ətrafında dövrə vuraraq zərərin miqyasını müəyyənləşdirməyə çalışdığı açıq şəkildə əks olunub.
Qəza nəticəsində xəsarət alan vətəndaş sürücünün laqeyd münasibətinə etiraz edərək hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayət əsasında hadisə ilə bağlı araşdırma və müvafiq hüquqi prosedurlar başladılıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər sürücünün yaralıya yardım göstərmək əvəzinə avtomobilin vəziyyəti ilə maraqlanmasını sərt tənqid ediblər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 572 Tarix: 09 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO
İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric
9 sentyabr3 aylıq körpə anasının qucağından yıxılıb öldü
Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind
7 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrKirayə avtomobillə drift edən sürücüyə 140 min cərimə - VİDEO
İstanbulun Başakşehir rayonunda kirayə götürdüyü avtomobillə drift edən sürücü polis tərəfindən müəyyən edilərək cəzalandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. 34 KOT 241 dövlət nömrə nişanlı avtomobilin drift etdiyi anlar lentə alınaraq sosial qrupa göndərilib
8 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabr