Ölkəni ayağa qaldıran hücumun detalları üzə çıxıb - VİDEO

Ölkəni ayağa qaldıran hücumun detalları üzə çıxıb - VİDEOİrlandiyanın paytaxtı Belfast şəhərində baş verən bıçaqlı hücum ölkədə geniş rezonans doğurub.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisəni törədən şəxsin afrikalı miqrant olduğu iddia edilir. Bəzi şahidlər hücumçunun zərərçəkəni öldürməyə çalışdığını, hətta onun başını kəsməyə cəhd etdiyini irəli sürsələr də, bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə hücumçunun yerdə uzanan şəxsin üzərində olduğu görünür. Hadisəni görən ətrafdakı vətəndaşlar dərhal müdaxilə edərək hücumçunu zərərçəkəndən uzaqlaşdırmağa çalışıblar. Kadrlarda hadisə yerində böyük təşviş yaşandığı, bir neçə nəfərin birlikdə hücumçunu zərərsizləşdirdiyi əks olunub.

Müdaxilədən sonra yaralı şəxsə tibbi yardım göstərilməsi üçün təcili yardım çağırılıb. Kuzey İrlandiya Polis Xidməti (PSNI) hadisə nəticəsində bir nəfərin ağır xəsarətlərlə xəstəxanaya çatdırıldığını açıqlayıb.

Polis həmçinin hücumla əlaqədar bir şübhəlinin saxlanıldığını və hadisənin başvermə səbəblərinin araşdırıldığını bildirib. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb və genişmiqyaslı istintaq başladılıb.

Hadisənin görüntülərinin sosial mediada yayılmasından sonra Belfastdakı hücum geniş müzakirələrə səbəb olub. Xüsusilə hücumçunun kimliyi və miqrasiya statusu ilə bağlı çoxsaylı paylaşımlar edilib, bəzi istifadəçilər hadisənin ölkədəki miqrasiya siyasəti ilə bağlı mübahisələri yenidən gündəmə gətirdiyini qeyd ediblər.

Bununla yanaşı, polis araşdırma başa çatana qədər təsdiqlənməmiş məlumatların yayılmamasına çağırış edib. Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırmağa davam edir. Yetkililərin yaxın günlərdə hücumçunun şəxsiyyəti, motivi və hadisənin detalları barədə əlavə məlumat verməsi gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 768   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO

İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric

9 sentyabr
.

3 aylıq körpə anasının qucağından yıxılıb öldü

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind

7 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Qəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO

Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib

10 sentyabr
.

Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO

Avtobusda təcavüzə məruz qaldığını bildirən qadın yaşadığı hadisəni evə qayıtdıqdan sonra ərinə danışıb. Lakin dəstək gözlədiyi halda keçmiş ərinin onu günahlandıran reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, qadın yaşadığı hadisəni keçmiş ərinə danışıb. Lakin əri ona dəstə

11 sentyabr
.

Ən xoş günləri faciəyə döndü: Toyda baş verən yanğın 22 nəfərin həyatına son qoydu - VİDEO

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy mərasimi keçirilən zaman salonda yanğın baş verib. xarici mediaya istinadla xəbər verir ki, alovların salonda sürətlə yayılması qonaqlar arasında böyük təşvişə səbəb olub. İnsanların binadan çıxmağa çalışdığı zaman izdiham yaranıb. Hadisə nəticəsind

7 sentyabr
.

Kirayə avtomobillə drift edən sürücüyə 140 min cərimə - VİDEO

İstanbulun Başakşehir rayonunda kirayə götürdüyü avtomobillə drift edən sürücü polis tərəfindən müəyyən edilərək cəzalandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. 34 KOT 241 dövlət nömrə nişanlı avtomobilin drift etdiyi anlar lentə alınaraq sosial qrupa göndərilib

8 sentyabr
.

Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi

16 sentyabr
.

Sahildə gənc qızın fotosunu çəkən kişi tutulanda görün nə dedi - VİDEO - VİDEO

Türkiyənin Balıkesir şəhərinin Edremit rayonuna bağlı Altınoluk qəsəbəsində sahildə diqqətçəkən hadisə yaşanıb. Gənc qız bir şəxsin onu gizli şəkildə foto və videoya çəkdiyini iddia edərək həmin şəxslə üzləşib. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı gənc qız həmin şəxsin telefonla on

9 sentyabr