"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA

"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək riskinin qarşısını aldı. Bu tarixdən etibarən ölkədə siyasi sabitliyin bərpası, dövlət institutlarının formalaşdırılması və hüquqi dövlət quruculuğu prosesinə başlanıld".

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, Milli Qurtuluş Günü eyni zamanda Azərbaycanın sonrakı inkişaf strategiyasının ideoloji və siyasi əsaslarının qoyulduğu bir mərhələdi:

"Məhz həmin dövrdə ölkənin xarici siyasət kursu müəyyənləşdirildi, iqtisadi islahatlara start verildi və Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyi gücləndirildi. Sonrakı illərdə əldə olunan iqtisadi nailiyyətlər, enerji strategiyasının uğurlu icrası, ordunun gücləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlar həmin siyasi kursun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.

Bu günün əhəmiyyəti gənc nəslə yalnız tarixi faktlar vasitəsilə deyil, dövlətçilik şüurunun formalaşdırılması kontekstində çatdırılmalıdır. Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir. Milli Qurtuluş Günü Azərbaycanın müasir inkişaf modelinin başlanğıc nöqtəsi kimi təqdim edilməli, dövlətçilik ənənələrinin, milli həmrəyliyin və siyasi sabitliyin əhəmiyyəti yeni nəslə ardıcıl şəkildə aşılanmalıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1262   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın genişləndiyini göstərir

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini rəhbərlərinin VII görüşünün keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın dini-mənəvi və mədəni istiqamətdə tədricən institusional xarakter aldığını göstərir. TDT çərçivəsində artıq müsəlman dini idarələrinin rəhbərləri Şurasının fəaliyyə

16 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

16 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanı

16 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

16 sentyabr