"Milli Qurtuluş Günü müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir" - DEPUTAT

"Milli Qurtuluş Günü müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir" - DEPUTAT"Azərbaycan xalqının taleyində elə tarixi günlər var ki, onlar təkcə müəyyən bir dövrün hadisəsi deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirən dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü il iyunun 15-i məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edildiyi, xalqın iradəsinin təcəssüm etdiyi və ölkənin inkişaf yoluna qədəm qoyduğu gün kimi Milli Qurtuluş Günü adı ilə tariximizə həkk olunub".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.

O, açıqlamasında qeyd edib ki, XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb və ziddiyyətli bir mərhələdən keçirdi:

"Həmin dövrdə ölkə eyni zamanda üç istiqamətdə ağır sınaqlarla üz-üzə qalmışdı: sovet imperiyasının miras qoyduğu asılılıqdan tam qurtularaq müstəqilliyi möhkəmləndirmək, Ermənistanın hərbi təcavüzünə qarşı mübarizə aparmaq və ölkəni vətəndaş qarşıdurması təhlükəsindən xilas etmək. Dərin siyasi böhran, idarəetmədə xaos, iqtisadi tənəzzül və hakimiyyət uğrunda mübarizə dövlətçiliyin əsaslarını sarsıdır, Azərbaycanın gələcəyini ciddi təhlükə altına qoyurdu.

Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın taleyində həlledici rol oynadı. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev böyük məsuliyyəti öz üzərinə götürərək ölkəni fəlakətdən xilas etmək missiyasına başladı. Məhz həmin gündən etibarən Azərbaycanda sabitliyin və dövlət quruculuğunun möhkəm təməli formalaşdırıldı.

Heydər Əliyevin siyasi uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlət institutlarının fəaliyyəti bərpa edildi. Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Xalqın milli birliyi möhkəmləndirildi, azərbaycançılıq ideologiyası ümummilli həmrəyliyin əsasına çevrildi".

Deputat onu da vurğuladı ki, Milli Qurtuluşun gətirdiyi sabitlik sonrakı illərdə ölkənin hərtərəfli inkişafına geniş imkanlar yaratdı:

"Dövlət idarəçiliyi sistemi təkmilləşdirildi, hüquqi və demokratik institutların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, Azərbaycanın beynəlxalq əlaqələri genişləndi və ölkəmizin dünya birliyində mövqeyi gücləndi. Respublikamızın informasiya blokadasından çıxarılması, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində görülən işlər də məhz həmin dövrdə öz nəticələrini verməyə başladı.

Milli Qurtuluş Günü təkcə keçmişə ehtiram deyil, həm də müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir. Bu gün Azərbaycanın qazandığı nailiyyətlər, beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi qüdrətinin artması və dövlət müstəqilliyinin daha da möhkəmlənməsi həmin qurtuluş missiyasının məntiqi nəticəsi kimi qiymətləndirilir.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, beynəlxalq münasibətlər sistemində söz sahibi olan güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin davamlı inkişafını təmin edir, xalqımızın rifahının yüksəldilməsinə və Azərbaycanın dünya miqyasında nüfuzunun artmasına xidmət edir.

Bu baxımdan, 15 İyun - Milli Qurtuluş Günü yalnız tarixi bir hadisənin ildönümü deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqın milli iradəsinin və müstəqil dövlətçilik ənənələrinin təntənəsinin parlaq ifadəsidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1132   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın genişləndiyini göstərir

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini rəhbərlərinin VII görüşünün keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın dini-mənəvi və mədəni istiqamətdə tədricən institusional xarakter aldığını göstərir. TDT çərçivəsində artıq müsəlman dini idarələrinin rəhbərləri Şurasının fəaliyyə

16 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

16 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanı

16 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

16 sentyabr