Bakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzanın TƏFƏRRÜATI AÇIQLANDI

Bakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzanın TƏFƏRRÜATI AÇIQLANDIBakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində yeddi nəqliyyat vasitəsi toqquşub, üç nəfər xəsarət alıb:

"İyunun 9-u saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 99-NQ-646 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtobus, 90-MN-355 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı minik avtomobili, 99-FY-794 dövlət nömrə nişanlı "Ford" markalı nəqliyyat vasitəsi, 77-BU-120 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsi, 88-BM-460 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobil, 90-BV-008 dövlət nömrə nişanlı "Changan" markalı avtomobil, 90-RA-349 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil toqquşub. Qəza nəticəsində 90-MN-355 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı minik avtomobilinin sürücüsü Məhəmməd Mübariz oğlu Zeynalov, həmin nəqliyyat vasitəsindəki sərnişin Elçin Vaqif oğlu Sultanəliyev, 77-BU-120 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsinin sürücüsü Vüqar Eyvaz oğlu Abdullayev xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır".

15:23

Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın qaynar xəttinə daxil olan məlumata görə, hadisə nəticəsində 10 nəqliyyat vasitəsi toqquşub.

Hadisə zamanı "Mercedes" markalı avtomobil, "Iveco" markalı sərnişin avtobusu, "Mercedes Viano" və "Ford Transit" avtomobillərinə maddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.

Ətraflı videogörüntünü təqdim edirik:


Bakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzanın TƏFƏRRÜATI AÇIQLANDIBakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzanın TƏFƏRRÜATI AÇIQLANDIBakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzanın TƏFƏRRÜATI AÇIQLANDI


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 713   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO

İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric

9 sentyabr
.

3 aylıq körpə anasının qucağından yıxılıb öldü

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind

7 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Qəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO

Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib

10 sentyabr
.

Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO

Avtobusda təcavüzə məruz qaldığını bildirən qadın yaşadığı hadisəni evə qayıtdıqdan sonra ərinə danışıb. Lakin dəstək gözlədiyi halda keçmiş ərinin onu günahlandıran reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, qadın yaşadığı hadisəni keçmiş ərinə danışıb. Lakin əri ona dəstə

11 sentyabr
.

Ən xoş günləri faciəyə döndü: Toyda baş verən yanğın 22 nəfərin həyatına son qoydu - VİDEO

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy mərasimi keçirilən zaman salonda yanğın baş verib. xarici mediaya istinadla xəbər verir ki, alovların salonda sürətlə yayılması qonaqlar arasında böyük təşvişə səbəb olub. İnsanların binadan çıxmağa çalışdığı zaman izdiham yaranıb. Hadisə nəticəsind

7 sentyabr
.

Kirayə avtomobillə drift edən sürücüyə 140 min cərimə - VİDEO

İstanbulun Başakşehir rayonunda kirayə götürdüyü avtomobillə drift edən sürücü polis tərəfindən müəyyən edilərək cəzalandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. 34 KOT 241 dövlət nömrə nişanlı avtomobilin drift etdiyi anlar lentə alınaraq sosial qrupa göndərilib

8 sentyabr
.

Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi

16 sentyabr
.

Sahildə gənc qızın fotosunu çəkən kişi tutulanda görün nə dedi - VİDEO - VİDEO

Türkiyənin Balıkesir şəhərinin Edremit rayonuna bağlı Altınoluk qəsəbəsində sahildə diqqətçəkən hadisə yaşanıb. Gənc qız bir şəxsin onu gizli şəkildə foto və videoya çəkdiyini iddia edərək həmin şəxslə üzləşib. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı gənc qız həmin şəxsin telefonla on

9 sentyabr