Atalarını öldürməkdə ittiham olunan analarından şikayətçi olmadılar
Türkiyənin Kocaeli vilayətində ərini öldürməkdə təqsirləndirilən beş uşaq anası Fatma Adırın məhkəmə prosesi davam edir. İş üzrə keçirilən son iclasda diqqət çəkən məqamlardan biri cütlüyün övladlarının analarından şikayətçi olmaması olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Fatma Adır həyat yoldaşının hadisə günü ona hücum etdiyini iddia edərək onu tapança ilə vurub. Qadın məhkəmədə ərinin 23 il ərzində ona sistemli şəkildə fiziki və psixoloji zorakılıq göstərdiyini bildirib.
Davanın dördüncü iclasında məhkəmə heyəti təqsirləndirilən şəxsin məruz qaldığı iddia edilən zorakılığın psixoloji və fizioloji təsirlərinin araşdırılması məqsədilə İstanbul Məhkəmə-Tibbi Ekspertiza Qurumundan geniş ekspert rəyinin hazırlanmasını tələb edib.
Məhkəmə zamanı cütlüyün beş övladının analarına qarşı hər hansı şikayət irəli sürməməsi diqqət çəkib. İş üzrə araşdırmalar davam edir və yekun qərarın ekspertiza nəticələri və digər sübutlar əsasında veriləcəyi bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 674 Tarix: 10 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 aylıq körpə anasının qucağından yıxılıb öldü
Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind
7 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabrTürk bayrağına tüpürən ingilis turist həbs edildi
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba
9 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrBakıda yeni tikilən binada yanğın - Fotolar
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr
7 sentyabr