Xəstəxananın şöbə müdirini əri öldürdü: qızlarının yanında
Rusiyada həkim əri tərəfindən qətlə yetirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Moskva vilayətində baş verib.
Domodedovo xəstəxanasının şöbə müdiri azyaşlı qızlarının gözü qarşısında qətlə yetirilib.
İstintaqın məlumatına görə, iyunun 12-də Domodedovo şəhərində yerləşən mənzildə ər-arvad arasında münaqişə baş verib. Mübahisə zamanı kişi həyat yoldaşına döş qəfəsi nahiyəsindən bir neçə bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Bildirilib ki, ailənin 8 və 12 yaşlı qızları hadisənin şahidi olublar. Mərhumun böyük oğlunun sözlərinə görə, qızlar baş verənləri sonradan ögey qardaşlarına danışıblar.
Gəncin sözlərinə görə, ögey atası alkoqoldan asılı olub. O bildirib ki, həmin şəxs müxtəlif maddələr üzrə məhkumluq həyatı yaşayıb və daimi iş problemi olub. İddialara əsasən, o, tikintidə çalışıb və özünü kriminal aləmlə əlaqəsi olan biri kimi aparmağa çalışıb.
Qonşuların dediyinə görə, kişinin başqa bir qadınla münasibəti olub, ona pul göndərib və gələcəkdə onun yanına köçməyi planlaşdırıb. Son vaxtlar ailədə tez-tez mübahisələr yaşanırmış və öldürülən qadın boşanmaq üçün məhkəməyə müraciət etməyə hazırlaşırmış.
Mərhumun oğlunun sözlərinə görə, son mübahisəyə səbəb kişinin sərxoş vəziyyətdə avtomobil idarə etmək istəyi olub. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 462 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Küçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrTürk bayrağına tüpürən ingilis turist həbs edildi
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba
9 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrDƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü - FOTO
Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind
6 sentyabr