Biznesmen ər-arvadı öldürüb timsahlara atdılar
Cənubi Afrika Respublikasında terror təşkilatı İŞİD-lə əlaqədə olmaqda ittiham olunan silahlı şəxslər britaniyalı yaşlı cütlüyü qətlə yetirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 74 yaşlı Rod Sanders və 63 yaşlı Reyçel Sanders nadir bitkilər üzrə dünyaca məşhur mütəxəssislər olublar. Onlar eyni zamanda "Silverhill Seeds" şirkətinin sahibləri idilər.
Cütlük 2018-ci ilin fevral ayında Kvazulu-Natal əyalətində ekspedisiya zamanı itkin düşüb. Onlar Nqoye meşəsinin dərinliklərində düşərgə salmışdılar. İstintaq materiallarına əsasən, burada onları 44 yaşlı Sayefundin Del Vekkyo aşkar edib.
Bildirilib ki, Del Vekkyo və onun əlbir olduğu şəxslər Sandersləri oğurlayaraq bank kartları ilə bağlı məlumat əldə etmək məqsədilə onlara işgəncə veriblər. Daha sonra cütlük öldürülüb.
İstintaqın məlumatına görə, cinayəti törədən şəxslər izləri gizlətmək məqsədilə meyitləri Tuqela çayına atıblar.
Mütəxəssislərin bildirdiyinə görə, qalıqlar timsahlar tərəfindən ciddi şəkildə zədələndiyi üçün onların kimliyini müəyyənləşdirmək yalnız DNT analizləri və stomatoloji məlumatlar əsasında mümkün olub.
Hadisə ilə bağlı aparılan araşdırma çərçivəsində bir neçə nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları cinayətin terror fəaliyyətləri ilə əlaqəsini də araşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 600 Tarix: 15 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tərtərdə istixana işçisi güllələndi
Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Söylən kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı həmin şəxs tüfəngdən M.Yusifova atəş açıb
7 sentyabrKirayə avtomobillə drift edən sürücüyə 140 min cərimə - VİDEO
İstanbulun Başakşehir rayonunda kirayə götürdüyü avtomobillə drift edən sürücü polis tərəfindən müəyyən edilərək cəzalandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. 34 KOT 241 dövlət nömrə nişanlı avtomobilin drift etdiyi anlar lentə alınaraq sosial qrupa göndərilib
8 sentyabr3 aylıq körpə anasının qucağından yıxılıb öldü
Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind
7 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrYolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Türkiyənin Adana şəhərində işıqfor olmayan piyada keçidlərində piyadalara yol verməyən sürücülər dron vasitəsilə müəyyən edilib. Keçirilən reyd zamanı 64 sürücüyə ümumilikdə 362 min 368 lirə cərimə tətbiq olunub. xarici mediaya istinadla xəbər verir ki, təxminən 2 saat davam edən yoxlama zamanı müxtəli
8 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabr