Qapı-qapı axtardıqları uşaq avtomobilin baqajından çıxdı - VİDEO
Türkiyənin Şanlıurfa vilayətində 5 yaşlı uşaq babasının yeni aldığı avtomobilin baqajında təsadüfən bağlı qalıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Karaköprü rayonunun Seyrantepe məhəlləsində baş verib. Məlumata görə, küçədə oynayan P.A. adlı uşaq avtomobilin baqajına girib. Bu zaman baqaj qapağı bağlanıb və o, içəridə köməksiz vəziyyətdə qalıb.
Bir müddət övladlarını tapa bilməyən ailə onu axtarmağa başlayıb. Təxminən iki saat davam edən axtarış zamanı avtomobildən gələn səsləri eşidən yaxınları uşağın baqajda olduğunu müəyyən ediblər.
Baqajı aça bilməyən ailənin müraciətindən sonra hadisə yerinə xilasedicilər cəlb olunub. Əməliyyat zamanı avtomobilin arxa oturacağı sökülüb və o, sağ-salamat xilas edilərək ailəsinə təhvil verilib.
Hadisə nəticəsində uşağın səhhətində ciddi problem qeydə alınmayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 517 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabrÖldü zənn edib yas tutdular, 10 gün sonra möcüzə baş verdi - VİDEO
Nepalda böyük dağıntılara səbəb olan sel fəlakətindən 10 gün sonra möcüzəvi xilas baş verib. Betrawati bölgəsində sel zamanı itkin düşən yaşlı qadın Çandika Kumari Şrestha dağıntılar arasında sağ tapılıb. xarici mediaya istinadla xəbər verir ki, fəlakətdən sonra Şrestha ilə günlərlə əlaqə saxlamaq mümkü
7 sentyabrTərtərdə istixana işçisi güllələndi
Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Söylən kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı həmin şəxs tüfəngdən M.Yusifova atəş açıb
7 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabr