Maşında tək qalan 15 yaşlı uşaq ölüm təhlükəsi ilə üzləşib - VİDEO

Maşında tək qalan 15 yaşlı uşaq ölüm təhlükəsi ilə üzləşib - VİDEOTürkiyənin Antalya vilayətinin Manavqat rayonunda park edilmiş avtomobildə qalan 15 yaşlı yeniyetmə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə D-400 avtomobil yolunun kənarında yerləşən Dəmirçilər məhəlləsində baş verib.

Məlumata görə, E.Y. adlı yeniyetmə valideynləri evdə olmadığı vaxt yaşayış evinin qarşısında park edilmiş avtomobilə minib. Naməlum səbəbdən avtomobildə qalan uşaq yüksək temperatur və havasızlıq səbəbindən özünü pis hiss edib.

Tarladan qayıdan ata oğlunu avtomobilin arxa oturacağında huşsuz vəziyyətdə aşkarlayıb. Bildirilir ki, yeniyetmə istidən bunaldığı üçün üzərindəki geyimləri çıxarıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları ilkin müdaxilədən sonra E.Y.-ni Manavqat Dövlət Xəstəxanasına çatdırıblar. Vəziyyətinin ağır olması səbəbindən o, daha sonra Antalya Təhsil və Araşdırma Xəstəxanasına köçürülərək reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 508   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü - FOTO

Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind

6 sentyabr
.

Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"

Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə

10 sentyabr
.

Küçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO

Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla

11 sentyabr
.

Zərdabda DƏHŞƏTLİ QƏZADA beş nəfər həlak oldu, bir yaralı Bakıya gətirildi - FOTO

Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 8-də saat 23:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zərda

9 sentyabr
.

Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO

Avtobusda təcavüzə məruz qaldığını bildirən qadın yaşadığı hadisəni evə qayıtdıqdan sonra ərinə danışıb. Lakin dəstək gözlədiyi halda keçmiş ərinin onu günahlandıran reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, qadın yaşadığı hadisəni keçmiş ərinə danışıb. Lakin əri ona dəstə

11 sentyabr
.

Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi

16 sentyabr
.

Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda

Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

13 sentyabr
.

Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb

Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45

12 sentyabr
.

Sahildə gənc qızın fotosunu çəkən kişi tutulanda görün nə dedi - VİDEO - VİDEO

Türkiyənin Balıkesir şəhərinin Edremit rayonuna bağlı Altınoluk qəsəbəsində sahildə diqqətçəkən hadisə yaşanıb. Gənc qız bir şəxsin onu gizli şəkildə foto və videoya çəkdiyini iddia edərək həmin şəxslə üzləşib. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı gənc qız həmin şəxsin telefonla on

9 sentyabr